Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Müqavilədən irəli gələn mübahisələr necə həll olunur? Hüquqşünasdan açıqlama

Müqavilədən irəli gələn mübahisələr necə həll olunur? Hüquqşünasdan açıqlama

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müqavilədən irəli gələn mübahisələrin həlli mülki hüququn əsas istiqamətlərindən biridir və tərəflər arasında yaranan hüquqi problemlərin aradan qaldırılmasını hədəfləyir.

Müqavilə şərtlərinin yerinə yetirilməməsi, öhdəliklərin pozulması və ya yanlış şərh olunması mübahisələrin əsas səbəbləri sırasındadır. Belə hallarda tərəflərin hüquqlarını qorumaq və ədalətli həll yolu tapmaq üçün bir neçə hüquqi mexanizm mövcuddur. Bu mexanizmlər qanunvericilik çərçivəsində müəyyən edilib və mübahisənin xarakterindən asılı olaraq müxtəlif üsullarla tətbiq olunur.

Mübahisələrin həlli üsulları əsasən üç istiqamətə bölünür: danışıqlar yolu ilə həll, mediasiya prosesi və məhkəmə çəkişməsi. Ən səmərəli və sürətli həll yolu tərəflər arasında birbaşa danışıqlar aparmaqdır. Lakin razılıq əldə olunmadıqda mediasiya prosesi müstəqil vasitəçi vasitəsilə kompromisə nail olmağa imkan yaradır. Əgər bu üsul da nəticə verməzsə, mübahisə məhkəmə qaydasında həll edilir. Hər bir üsulun özünəməxsus üstünlükləri və hüquqi prosedurları mövcuddur ki, bu da mübahisənin mürəkkəbliyindən və tərəflərin mövqeyindən asılı olaraq dəyişir.

Bu proseslər hansıdır? Kompromisə necə nail olmaq olar? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, müqavilədən irəli gələn mübahisələrin həlli üçün əsasən üç hüquqi proses mövcuddur. İlk növbədə, mübahisə yaranan zaman tərəflərin birbaşa əlaqə saxlayaraq problemi həll etməyə çalışması ən sürətli və səmərəli yoldur. Bu üsul danışıqlar yolu ilə həll adlanır və burada əsas məqsəd tərəflərin bir-birini dinləməsi və ortaq məxrəcə gəlməsidir. Danışıqlar zamanı hər iki tərəfin güzəştə getmək və qarşı tərəfin mövqeyini nəzərə almaq iradəsi olmalıdır. Əgər tərəflər arasında anlaşma əldə edilə bilməzsə, daha rəsmi və vasitəçiliyə əsaslanan prosesə – mediasiyaya müraciət olunur.

Ayxan Məmmədli: Tərəflər arasında açıq və səmimi ünsiyyətin qurulması əsas şərtlərdən biridir

Onun sözlərinə görə, mediasiya prosesi tərəflərin mübahisəni üçüncü, neytral bir vasitəçinin köməyi ilə həll etməsinə imkan yaradır. Həmsöhbətimizə görə, Azərbaycan qanunvericiliyinə əsasən, bəzi mülki mübahisələr məhkəməyə qədər məcburi mediasiyadan keçir:

"Bu proses könüllü razılıq prinsipi üzərində qurulur və məhkəmə çəkişməsi ilə müqayisədə daha qısa müddətə başa çatır, həmçinin əlavə xərc və vaxt itkisini minimuma endirir. Mediator mübahisə edən tərəflər arasında balanslı mövqe tutaraq hər iki tərəfin maraqlarını nəzərə alır və onların razılığa gəlməsinə kömək edir. Mediasiya prosesi mübahisələrin sülh yolu ilə həllini təşviq etdiyi üçün bir çox hallarda mübahisənin məhkəməyə çatmasının qarşısını alır. Əgər tərəflər nə danışıqlar yolu ilə, nə də mediasiya vasitəsilə razılığa gələ bilməzlərsə, mübahisənin həlli üçün son mərhələ məhkəmə prosesidir. Məhkəmə mübahisəyə qanunvericilik normalarına əsaslanaraq rəsmi qaydada baxır və yekun qərar qəbul edir. Bu proses ən mürəkkəb və uzunmüddətli həll üsulu hesab olunur, lakin hüquqi müdafiə vasitələrinin tam şəkildə tətbiq olunmasına imkan yaradır. Məhkəmənin qərarı hüquqi qüvvəyə malikdir və tərəflər bu qərara riayət etməyə borcludurlar".

Hüquqşünas qeyd edib ki, mübahisələrin həlli zamanı kompromisə nail olmaq üçün bir sıra mühüm prinsiplərə əməl etmək vacibdir: 

"İlk növbədə, tərəflər arasında açıq və səmimi ünsiyyətin qurulması əsas şərtlərdən biridir. Mübahisənin əsas səbəbləri aydın şəkildə ifadə edilməli və hər iki tərəf qarşı tərəfin mövqeyini dinləməyə hazır olmalıdır. Tərəflər mübahisənin mahiyyətini təhlil edərək ortaq maraqları müəyyən etməli və bu maraqlara uyğun məqbul həll yolu tapmağa çalışmalıdırlar. Kompromisə nail olmaq üçün digər vacib amil güzəştə getmək hazırlığıdır. Tərəflər müəyyən mövzularda mövqelərini yumşaltmağa və real gözləntilərlə çıxış etməyə hazır olmalıdırlar. Bu yanaşma mübahisənin daha tez və səmərəli həllinə şərait yaradır. Əgər tərəflər arasında birbaşa razılıq əldə etmək mümkün olmazsa, müstəqil vasitəçinin iştirakı obyektiv və balanslı həll yolunun tapılmasına kömək edə bilər. Mediasiya kimi vasitəçilik mexanizmləri neytral mövqedə duran üçüncü şəxsin köməyi ilə kompromisə nail olmaq üçün əlverişli imkanlar yaradır".

Son olaraq müsahibimiz deyib ki, effektiv kompromis tərəflərin hər ikisinin maraqlarını nəzərə almalı və gələcəkdə bənzər mübahisələrin yaranmasının qarşısını alacaq davamlı həll yolu təqdim etməlidir. Bu baxımdan, mübahisələrin həlli üçün tətbiq edilən hər üç hüquqi mexanizm: danışıqlar, mediasiya və məhkəmə – müxtəlif situasiyalara uyğun çevik yanaşmalar təklif edir və tərəflərin hüquqlarının qorunmasına xidmət edir.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Mart 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri