Icma.az
close
up
RU
Müsabiqə bitdi, qaliblərə pul mükafatı verildi

Müsabiqə bitdi, qaliblərə pul mükafatı verildi

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ali Məhkəmədə ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının maliyyə və təşkilati dəstəyi ilə XV Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi və bağlanış mərasimi keçirilib.

Bu barədə “Yeni Sabah”a kollegiyadan məlumat verilib.

Tədbirdə çıxış edən Vəkillər Kollegiyası sədrinin müavini Şahmar Məmmədov Hüquq fakültəsinin tələbələrinin simulyasiya xarakterli məhkəmə proseslərində iştirakının onların nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. pizza sifarişi

Sədr müavini qeyd edib ki, Vəkillər Kollegiyası hüquq təhsili alan gənclərin peşəkar inkişafına yönəlmiş təşəbbüslərə hər zaman xüsusi önəm verir və bu kimi layihələri daim dəstəkləyir. Şahmar Məmmədov hüquqşünas tələbələrin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, onların vəkillik peşəsinə marağının artırılması və hüquqi biliklərinin təkmilləşdirilməsi istiqamətində Kollegiya tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Sədr müavini final mərhələsində iştirak edən bütün komandalara uğurlar arzulayaraq, yarışın iştirakçılar üçün faydalı təcrübə və peşəkar inkişaf baxımından mühüm platforma olacağına əminliyini ifadə edib.

Mərasimdə ELSA Azərbaycanın rəhbəri Tarif Hüseynov çıxış edərək müsabiqənin təşkilində göstərdiyi maddi və təşkilati dəstəyə görə Vəkillər Kollegiyasına minnətdarlığını ifadə edib. Eyni zamanda final mərhələsinin Ali Məhkəmədə keçirilməsinə imkan yaratdığına görə məhkəmə rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Sonra ELSA Azərbaycanın Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə vitse-prezidenti Səmayə Abbasquliyeva çıxış edərək iştirakçıları və dəvət olunmuş qonaqları salamlayıb, müsabiqəyə göstərilən marağa və iştiraka görə təşəkkür edib.

Daha sonra səhnələşdirilmiş məhkəmə prosesi keçirilib.

Final mərhələsində hakim qismində Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Səttar Məmmədov, Kollegiyanın üzvləri - Tahir Əliyev və Tanrıqulu Vəliyev iştirak ediblər.

Səhnələşdirilmiş məhkəmə prosesində Bakı Dövlət Universitetinin II kurs tələbələrindən ibarət “Bona Fides” və Milli Aviasiya Akademiyasının II kurs tələbələrindən ibarət “LawLab” komandaları qarşılaşıb. Gərgin və yüksək səviyyəli debatların fonunda keçirilən finalın nəticəsində “Bona Fides” komandasının üzvləri – Məhəmməd Qasımov və Fatimə Məmmədli birinci yerə layiq görülüb. Eyni zamanda Fatimə Məmmədli müsabiqənin “Ən yaxşı natiqi" seçilib.

İkinci yerin sahibi isə “LawLab” komandasının üzvləri - Fatimə Qədirova ilə Leyli Məmmədli olublar.

Müsabiqədə iştirak edən hər iki komandaya pul mükafatları (I yer – 500 AZN, II yer – 250 AZN), sertifikatlar və kuboklar təqdim edilib.

Tədbir çərçivəsində maliyyə və təşkilati dəstəyə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırov ELSA Azərbaycan tərəfindən Təşəkkürnamə ilə təltif edilib. Anar Bağırovun Təşəkkürnaməsi ELSA Azərbaycanın rəhbəri Tarif Hüseynov tərəfindən Kollegiyanın sədr müavini Şahmar Məmmədova təqdim olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyun 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri