Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

“Bolt” şirkəti müsabiqə elan etdi; Qaliblərə 40000 manat mükafat veriləcək VİDEO

“Bolt” şirkəti müsabiqə elan etdi; Qaliblərə 40000 manat mükafat veriləcək VİDEO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə ölkənin nəqüliyyat sahəsində tətbiq edilən yeniliklər ictimai nəqliyyatın inkişafına gətirib çıxardı. ən çox inkişaf etdirilməsi gərəkən sahələrdən biri olaraq taksi fəaliyyəti nəzərdə tutulub. Hələ də ölkə üzrə taksi fəaliyyətini nizamlamaq üçün tədbirlər davam edir.

Avtosfer.az xəbər verir ki, sərnişinlərin taksilərlə bağlı ən çox şikayət etdiyi məsələ, məhz fərqli maşın, fərqli sürücü problemidir. Belə ki, onlar bildirir ki, yeni model avtomobillə qeydiyyatdan keçən sürücünün idarə etdiyi maşının əslində sifariş yerinə gələndə köhnə olduğu müəyyənləşir. Yaxud da, sürücü profili kimi filankəsin adı qeyd olunur, gələn isə başqasıdır. Bu kimi problemlərin aradan qaldırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən taksi fəaliyyətinə yenilik gətirildi. Bu bardə AYNA özü ötən günlərdə məlumat yaydı.

Belə ki, SİMA rəqəmsal identifikasiya həlli artıq taksi sifarişi ötürülməsi  üçün nəzərdə tutulmuş “Bolt”, “Uber” və “Yango” mobil tətbiqinə inteqrasiya edilib.

Hazırda taksi sektorunda diqqət mərkəzində olan məsələlərdən biri qeydiyyatdan keçmiş avtomobildən fərqli nəqliyyat vasitəsilə xidmət göstərilməsi və sürücü profilinin başqa şəxslər tərəfindən istifadəsi hallarının mövcudluğudur. “Bolt”, “Uber” və “Yango” tətbiqinə SİMA texnologiyasının inteqrasiyası bu kimi halların qarşısının alınması istiqamətində mühüm bir addımdır və effektiv nəzarət mexanizmi təqdim edir.  Həmçinin sərnişinlərin təhlükəsizliyini təmin etmək və ictimai etimadı artırmaq baxımından da mühüm əhəmiyyət kəsb edir.

İnteqrasiya nəticəsində artıq Bolt, Uber və Yango mobil tətbiqi üzərindən sifariş alan sürücülər mobil tətbiqdə identifikasiyadan keçərkən SİMA-nın biometriya texnologiyası vasitəsilə öz şəxsiyyətlərini təsdiqləyəcəklər.

Bu funksionallıq bir neçə mərhələdə tətbiq olunur:

-         Tətbiqə ilkin qeydiyyat zamanı;

-         Sistemə yenidən daxil olduqda (re-login);

-         Alqoritm əsasında gün ərzində bir neçə dəfə təsadüfi selfi yoxlamaları zamanı (sifariş tələbi gələn zaman, sifariş davam edirsə, sifarişin tamamlanması gözlənilir).

Bu texnologiyanın tətbiqi, sürücülərin şəxsiyyətini real vaxt rejimində təsdiq etməklə qeyri-qanuni profil istifadəsinin qarşısını almağa, eləcə də ictimai təhlükəsizliyi artırmağa xidmət edir.

AYNA ilə yanaşı ölkəmizdə uzun müddətdir fəaliyyət göstərən “Bolt” taksi şirkəti də sürücülərinin fəaliyyətinə nəzarəti gücləndirmək məqsədilə bir sıra yeniliklərin tətbiqinə başlayıb. Mövzunu əlaqədar saytımızın sosial şəbəkə hesablarında şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, sürücülərin son həftələrdə törətdiyi əməllər “Bolt” şirkətini innovativ həllərə məcbur edir:

“Bolt” sürücülər, eləcə də sərnişinlərin təhlükəsizliyi məqsədilə yeni qaydaların tətbiqinə başlayıb. İnnovativ platforma olaraq təqdim olunan yeniliklər isə bunlardır:

Xüsusilə təhlükəsizliyin artırılması məqsədilə bir sıra mühüm tədbirlər görülüb — sürücü və avtomobilin uyğunlaşdırılması, təhlükəsizlik funksiyalarının təkmilləşdirilməsi və digər yeniləmələr həyata keçirilib. Artıq bir neçə aydır ki, tətbiqdə “Pick-up Code” (Gedişin təsdiq Kodu) adlı yeni təhlükəsizlik funksiyası da istifadəyə verilib. Bu funksiya səfərin yalnız düzgün sürücü və sərnişin arasında başladığını təsdiqləyir və yanlışlıqla başqa bir şəxsin təyin edilmiş avtomobilə əyləşməsinin qarşısını alır. Sərnişin bu kodu “Təhlükəsizlik” bölməsindən aktivləşdirə bilər.

Ailə Profili – rahatlıq və təhlükəsizlik üçün yeni funksiya:

İyul ayında qlobal miqyasda istifadəyə verilən “Ailə Profili” funksiyası bu istiqamətdə atılan növbəti addımdır. Yeni funksiya bir şəxsin öz hesabı vasitəsilə 9 nəfərə qədər ailə üzvü və ya yaxın tanışı üçün gedişləri idarə etməsinə və ödəniş etməsinə imkan verir. Ailə üzvləri fərdi hesabla sifariş verə bilsələr də, əsas hesab sahibi prosesi izləyə və aylıq limitlər təyin edə bilir.

Bu funksiya yalnız 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub və Bolt-un mövcud təhlükəsizlik siyasətinə tam uyğundur. Ailə Profili xüsusilə yaşlı valideynlərə və ya tez-tez kömək tələb edən şəxslərə gediş sifariş etməkdə böyük rahatlıq yaradır.

Yeni “video müşahidəli” kateqoriya – ilk dəfə Azərbaycanda

Təhlükəsizlik sahəsində növbəti yenilik — “video müşahidəli” kateqoriyasıdır. Bu xidmət ilk dəfə olaraq Azərbaycanda təqdim ediləcək və aşağıdakı funksiyaları özündə birləşdirəcək:

●             Səfər zamanı audio və video yazı,

●             Real vaxt onlayn agent dəstəyi,

●             Yaxınları üçün taksi sifariş edən sərnişinlərə əlavə rahatlıq və nəzarət imkanı.

Bu kateqoriya xüsusilə təhlükəsizlik baxımından əlavə təminat istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Bolt Accelerator: sahibkarlara dəstək üçün proqram

Bolt yalnız texnoloji platforma deyil, həm də insan potensialını dəstəkləyən təşəbbüslərlə çıxış edir. Çox yaxın zamanda Azərbaycanda Bolt Accelerator proqramı başlayacaq. Bu proqram sürücülərə və kuryerlərə sahibkarlıq ideyalarını gerçəkləşdirmək üçün dəstək verməyi hədəfləyir.

Necə ki, Bolt-un təsisçisi Markus Villig 2013-cü ildə cəmi 5000 avro ilə ideyasını reallaşdırdı, indi Bolt da öz tərəfdaş sürücülərinin öz biznesinə başlamağına dəstək olmaq istəyir.

Proqram iştirakçıları:

●             Sahibkarlıq və biznes bilikləri qazanacaq,

●             Peşəkar mentor dəstəyi alacaq,

●             Ən yaxşı ideyalar üçün  ən yüksək mükafat olan AZN 10 min manatadək maliyyə dəstəyi əldə etmək fürsəti (qalib biznes ideyalara və komandalara toplamda Bolt 40 min manat qədər maliyyə dəstəyi göstərəcək) və 8 həftəlik inkişaf proqramına seçiləcək.

Bu təşəbbüs Bolt-un yerli bazara və insanlara dəyər verməsinin bariz nümunəsidir — çünki texnologiya yalnız hərəkəti deyil, həyatı da dəyişə bilər”.

Elməddin Muradlının canlı yayım zamanı verdiyi həmin şərhi sizə təqdim edirik:

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 İyul 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see422

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see417

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see275

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see205

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see164

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri