Icma.az
close
up
RU
“Müşfiq güllələnməyib, Mərəzədə öldüyü yazılıb”

“Müşfiq güllələnməyib, Mərəzədə öldüyü yazılıb”

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli siması Mikayıl Müşfiqin anadan olmasının 117-ci ildönümüdür. Müşfiq 30 yaşını tamamlamadan repressiya olunsa da, öz qısa həyatı boyunca poeziyamızın mövzu və üslubunu dəyişdirmiş, özündən sonrakı ədəbi nəsillərə mühüm təsir göstərmişdir. 

“Qafqazinfo” xəbər verir ki, Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadə “Teleqraf”a müsahibə verib.

Həmin müsahibədən bəzi hissələri təqdim edirik:

- Leyla xanım, bu sualı cavablamaq sizin üçün nə qədər çətin olsa da, soruşmaq istəyirik. Deyilənə görə, ananızı həbs edəndə iki seçim qoyublar: ya həbs, ya Müşfiqdən boşanmaq. Bu haqda nəsə bilirsiniz?

- Bəli, deyəcəm. Ümmügülsümün xatirələrini oxumusunuzsa, xatırlayarsınız, orada da var. (Ümmügülsüm-şairə, Məmməd Əmin Rəsulzadənin əmisi qızı-red) Həbsdə əvvəlcə Dilbər xanımı ümumi kamerada saxlayıblar, sonra təkadamlıq kameraya keçiriblər. Xanım öz xatirələrində yazıb ki, kameradan Dilbərin səsini eşidirdik. Dilbər qışqırırdı ki, mən ölümə gedərəm, amma Müşfiqə yox demərəm. Yəni, həqiqətən də, o seçimi qoyublar qarşısına. Anamla Müşfiq ölənə qədər evli qalıblar. Nigah kağızları hələ də məndə qalır.

- Atanızla rəsmi nikahları olmayıb...

- Olmayıb, hə. Çünki anam Müşfiqdən boşanmayıb. Həyatın qəribəliyinə baxın ki, atam da tez rəhmətə gedir, anam yenə tək qalır. Üstəlik, balaca uşaqlarla. Atam anamı sevib. Bizi də sevib. Atam müharibə iştirakçısı olub. Ürək xəstəsi olub. Qəfildən rəhmətə gedib.

- Atanızla Dilbər xanım necə tanış olublar bəs?

- Qohumlar vasitəsilə. Anam həbsdən sonra ata evinə qayıda bilmir, analığı imkan vermir. Dilbər xanım öz anasının yanına qayıdır, onunla yaşayır. O dövrdə Dilbər xanıma yaxınlaşmaq təhlükəli olub. Hamı qorxurmuş. Çünki anam hələ bəraət almamışdı. “Xalq düşməninin arvadı” idi. Atam ikinci dünya müharibəsi iştirakçısı olub. Atamın onunla evlənməsi əsl qəhrəmanlıq idi. Atam olmasaydı, bəlkə də, anam da Balacaxanım kimi... Anam bəlkə də, atamın sayəsində həyatda qalıb. Atam anamla 1950-ci ilin əvvəlində evlənib.

- Müşfiq ölüb, yoxsa, öldürülüb, Leyla xanım, siz necə bilirsiniz?

- Müşfiq güllələnməyib. Məndə ölüm haqqında arayışı var. Ədliyyə Nazirliyi təqdim edib. Arayışda Müşfiqin Mərəzədə öldüyü yazılıb. Nömrəsi də var. 1939-cu il, mart ayında Mərəzədə ölüb.

- Müşfiq Mərəzəyə niyə göndərilib?

- Həbs edilənləri onsuz da ölüm hökmü gözləyirdi. Deyirdilər ki, onsuz da öləcək. Sənədə yazırdılar güllələndi, göndərirdilər xüsusi yerlərə işləməyə. Onsuz da bilirdilər ki, öləcək. Ola bilər, Müşfiqin də sənədi belə olub. Güllələnib yazıb, göndəriblər Mərəzəyə.

- Sənədi Dilbər xanıma vermişdilər?

- Hə. Dilbər xanım özü gedib Xalq Daxili İşlər Komissarlığına müraciət etmişdi. 1956-cı ildə Müşfiqin ölüm sənədini alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyun 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri