Icma.az
close
up
RU
Müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev

Müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 may, AZƏRTAC

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbiri açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğu və xalqımızın parlaq gələcəyi üçün misilsiz xidmətlərindən, həmçinin Azərbaycan mədəniyyətinin inkişafında, memarlıq və şəhərsalma sahəsində həyata keçirdiyi böyük işlərdən bəhs edib.

Qeyd olunub ki, görkəmli memar, akademik Mikayıl Hüseynov Heydər Əliyevin birinci hakimiyyət dövrünü “Memarlığın intibah dövrü” adlandırıb. Həmin dövrdə respublikada geniş quruculuq işləri aparılıb, o cümlədən kənd memarlığı sahəsində mühüm addımlar atılıb və institutda qısa müddət ərzində Kənd memarlığı sektoru fəaliyyət göstərib.

İnstitut rəhbəri həmin dövrdə şəhərsalma prosesinin sürətləndiyini vurğulayıb. Qeyd edib ki, Heydər Əliyev müxtəlif layihə təşkilatları tərəfindən hazırlanan 60 şəhərin baş plan layihələrinə xüsusi diqqət göstərib. Eyni zamanda, Sumqayıt şəhərinin inkişafı və urbanizasiya prosesi, həmçinin Bakıda metro tikintisinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Paytaxtda yaşıllaşdırma işlərinin aparılması, yeni park və bağların salınması istiqamətində də mühüm layihələr həyata keçirilib.

Professor Ərtegin Salamzadə Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və çoxşaxəli fəaliyyətinin müasir müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Onun xalq qarşısındakı xidmətlərinin təkcə dövlət quruculuğu ilə məhdudlaşmadığını, milli-mənəvi dəyərlərin qorunması və mədəniyyətin inkişafına verdiyi misilsiz töhfələrlə də səciyyələndiyini söyləyib. O, Ulu Öndərin ideyalarının bu gün də yaşadığını və həyatımızın hər bir sahəsində Heydər Əliyev zəkasının izlərinin göründüyünü vurğulayıb.

Sonra direktor müavini kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasovun “Mütəşəkkil xalq, mübariz ordu birliyini yaradan Lider”, Teatr, kino və televiziya şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlləz Əhmədovun “Heydər Əliyev Azərbaycan teatrının himayəçisi kimi” mövzularında məruzələri dinlənilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri