Icma.az
close
up
RU
Müstəqilliyin Bərpası Günü: “Ona imza atmaq böyük qürur idi”

Müstəqilliyin Bərpası Günü: “Ona imza atmaq böyük qürur idi”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul etdi. 

Oktyabrın 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

“Konstitusiya Aktı”nda qeyd olunurdu ki, müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Azərbaycanın müstəqilliyini bərpa etməsi keçmiş SSRİ məkanında və ondan kənarda cərəyan edən böyük tarixi proseslərin nəticəsi olsa da, xalqımızın müstəqillik yolu heç də rəvan olmadı, ilk günlərdən böyük çətinliklərdən keçdi.

Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasından danışarkən, tarixə “İstiqlalçı deputatlar” adı ilə düşən 43 nəfəri də xatırlamaq lazımdır. Onlardan bəziləri artıq bu dünyada olmasalar da, məhz onların fədakarlığı və Azərbaycan xalqının milli iradəsi sayəsində biz hər il 18 oktyabr tarixini Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Gününü qürurla qeyd edirik.

“Cebheinfo.az”-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, istiqlalçı millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” onun həyatında ən qürurlu və xoşbəxt günlərdən biridir.

Deputat həmin tarixi hadisənin detallarını “Xətayi yurdu” adlı romanında ətraflı şəkildə qələmə aldığını deyib:

“Həmin gün Milli Məclisdə hansı əhval-ruhiyyə ilə oturmuşduq, səsvermələrin neçə dəfə keçirildiyini orada ətraflı təsvir etmişəm. Düşünmüşəm ki, 18 oktyabr mənim həyatımın ən xoşbəxt günüdür. Çünki həmin gün Azərbaycan şər imperiyasının əlindən qurtularaq müstəqilliyini bərpa etdi və dünya dövlətləri sırasına qoşuldu. Əlbəttə, xoşbəxt bir dönəmin şahidi olmaq, hadisələrin birbaşa iştirakçısı kimi “Konstitusiya Aktı”nın qəbuluna çalışmaq, ona imza atmaq böyük qürur idi.

Əslində, o 43 deputat hələ 1991-ci ilin mart ayında referendum keçirirdi. Azərbaycan SSRİ tərkibində qalması və ya ayrılması məsələsinə münasibət bildirirdi. Biz mübarizəni davam etdirdik və nəhayət, 18 oktyabr 1991-ci ildə Azərbaycan SSRİ-nin tərkibindən çıxaraq dövlət müstəqilliyini bərpa etdi”.

Sabir Rüstəmxanlı qeyd edib ki, bu mübarizədə xalq hərəkatı milli azadlıq mübarizəsinə çevrildi:

“Əlbəttə, çox çətin bir yoldan keçdik. 1988-ci ildən xalq hərəkatı başlamışdı. İlk mərhələdə bu, ermənilərin torpaq iddialarına qarşı etiraz hərəkatı idi. Lakin Moskvanın açıq şəkildə Ermənistanı müdafiə etdiyini gördükdə, xalq hərəkatı Azərbaycan Milli Azadlıq Hərəkatına çevrildi.

1988-1991-ci illər ərzində bu hərəkat davam etdi. Nəticədə xalqın təsiri və iradəsi ilə Milli Məclis müstəqillik qərarını qəbul etdi. Həmin dövrdə xalq tez-tez parlament binasının ətrafına toplaşır və tələb edirdi ki, Milli Məclis milli iradəyə qarşı çıxmasın, milli iradəyə uyğun qərar qəbul etsin. Milli iradə də Azərbaycanın dövlət müstəqilliyini istəyirdi”.

O, əlavə edib ki, Azərbaycanın müstəqillik tarixi, ilk növbədə gənc nəsillərə dərindən öyrədilməlidir:

“İndi o tarixi hadisələrdən 34 il keçib. Bu dövrdən sonra doğulan nəsil bəlkə də həmin illərin gərginliyini, mürəkkəbliyini və məsuliyyətini tam hiss etməyə bilərlər. Amma o günün Azərbaycan tarixi üçün nə qədər əhəmiyyətli olduğunu heç kim unutmamalıdır. Bu tarix bizim təhsilimizdə, uşaqlarımıza verdiyimiz tərbiyədə xüsusi yer tutmalı, gənc nəsillərə dərindən öyrədilməlidir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Müstəqillik Bəyannamə Sabir Rüstəmxanlı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri