Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Mutasiyaya uğramış qrip sürətlə yayılır: Adi qripdən daha təhlükəlidir?

Mutasiyaya uğramış qrip sürətlə yayılır: Adi qripdən daha təhlükəlidir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Qrip hallarının hər qış artmasına baxmayaraq, bu il qeyri-adi dərəcədə erkən yüksəliş müşahidə olunur. 

Qaynarinfo xəbər verir ki, Britaniyada yoluxma sayı ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Ölkədə qeydə alınan ən ağır qrip mövsiminin arxasında mutasiyaya uğramış qrip növünün dayana biləcəyindən və bu virusun minlərlə ölümə səbəb ola biləcəyindən narahatlıq ifadə edilir. 

Britaniya Səhiyyə Xidmətinin məlumatlarına görə, qrip hallarının erkən dövrdə artması səbəbilə səlahiyyətli qurumlar artıq həyəcan təbili çalır. "Daily Mail"in xəbərində bildirilir ki, yoluxmaların sayı ötən ilin eyni dövrünə nisbətən üç dəfə çoxdur və artım əsasən məktəbli uşaqlar arasında sürətli yayılma ilə əlaqələndirilir.

Birləşmiş Krallıq Milli Səhiyyə Sistemi (NHS) İngiltərə rəhbəri Ser Cim Makkey bildirib: "Bu qışın səhiyyə xidməti baxımından indiyədək ən çətin dövrlərdən biri olacağına heç bir şübhə yoxdur".

Xəstəxanalar dolub-daşır, müalicə növbələri uzanır və xəstələr uzun müddət gözləmək məcburiyyətində qalırlar. Mütəxəssislər vəziyyətin səbəbinin, qrip virusunun H3N2 növünün yay ayları ərzində yeddi dəfə mutasiyaya uğraması ola biləcəyini bildirirlər. Viroloqlar bunun virusu əvvəlkindən daha güclü, daha yoluxucu və daha aqressiv etdiyini, dolayısıyla daha ölümcül hala gətirdiyini deyirlər.

Bu qrip növü son illərdə Britaniyada müşahidə olunan qrip ştammlarından fərqli olduğu üçün insanlar bu virusa yoluxduqda daha az immunitetə sahib olurlar; çünki orqanizm bu virusu tanımır.

Bəs:

* H3N2 virusu nədir?

* Hansı hallarda ölümcül fəsadlara yol açır?

* Pnevmaniya çevrilə bilərmi?

* Mövcud qrip peyvəndi H3N2 alt variantına qarşı təsirlidirmi?

* Virus ölkəmiz üçün təhlükəlidirmi?

* H3N2 bizdə də geniş yayılırmı?

* Keçən illə müqayisədə artım varmı?

* Necə qorunmalıyıq?


İnfeksion xəstəliklər üzrə türk mütəxəssis dosent doktor Hüsrev Diktaş son həftələrdə Britaniyadan gələn məlumatların qrip mövsümünün adi vaxtından daha erkən başladığını və xüsusilə məktəbli uşaqlar arasında sürətlə yayıldığını, buna görə də bunun "Hər il olur” deyə ötürülə biləcək bir vəziyyət olmadığını bildirib.

Dünya Qrip Mərkəzinin direktoru professor Nikola Luis "BBC News"a açıqlamasında belə deyib: "H3 həmişə daha "isti", daha aqressiv virus olub, əhali üzərində daha çox təsir göstərir. Uzun zamandır belə dinamikalarla rastlaşmamışdıq. Bu məni həqiqətən narahat edir".

H3N2-nin simptomları digər qrip növlərinə bənzəsə də daha ağır ola bilər: yüksək hərarət, güclü bədən ağrıları və yorğunluq daha geniş yayılmış əlamətlərdir.

Avstraliyadan gələn məlumatlar göstərir ki, bu qrip növü daha güclü bədən ağrılarına, daha uzunmüddətli yorğunluğa və simptomların daha ani başlanmasına səbəb olur. Qripin yaratdığı iltihab ağciyərlərin orqanizmə kifayət qədər oksigen çatdırmasını çətinləşdirə bilər və bu da ölümcül ağırlaşmalara yol aça bilər.

Bu mövsümdə dövriyyədə olan H3N2 alt tipinin yay boyunca keçirdiyi dəyişikliklərin virusun həm daha asan yayılmasına, həm də eyni anda daha çox şəxsi xəstə etməsinə şərait yaratdığı bildirilir. Dosent doktor Hüsrev Diktaş belə izah edir:

"Qrip virusu təbiəti etibarilə dəyişkəndir; səthindəki "tutunma açarları"ndakı kiçik dəyişikliklərlə immunitetdən müəyyən qədər yayınaraq yeni bir versiyaya çevrilir. Bu, virusun "mütləq daha ölümcül" olması demək deyil; əsas təhlükə qısa müddətdə çox sayda insana çatması və risk qruplarında ağır xəstəlik ehtimalını artırmasıdır".

Dünya Qrip Mərkəzinin direktoru professor Nikola Luisin hesablamalarına görə, qrip olan 100 nəfər virusu təxminən 140 nəfərə ötürə bilər.

Kembric Universitetinin Patojen Təkamülü Mərkəzinin direktoru professor Derek Smit isə bildirir ki, iyun ayında mutasiyaya uğramış H3N2 virusu ilə bağlı hesabatlarda "sürətli artım” müşahidə olunub. Əgər virus daha asan yayılırsa, o zaman qrip mövsümünün başlaması üçün xüsusi qış şəraitini – insanların daha çox qapalı mühitdə olduğu, isitmə sistemlərinin işə düşdüyü, pəncərələrin bağlı qaldığı dövrü gözləməsinə ehtiyac qalmır.

H3N2 əslində influenza A-nın alt tiplərindən biridir, yəni tamamilə yeni bir mikrob deyil, həmin ailənin genetik cəhətdən yenilənmiş üzvüdür. Tarixən H3N2 bəzi mövsümlərdə böyüklər və yaşlılar üçün daha ağır keçmişdir. Digər qrip növləri kimi qəfil yüksələn hərarət, üşütmə-titrəmə, əzələ və oynaq ağrıları, boğaz ağrısı, burun axıntısı, öskürək və yorğunluqla başlayır; fərq isə çox vaxt simptomların nə qədər şiddətli və nə qədər uzun sürdüyündə olur.

Londondakı Gigiyena və Tropik Tibb Məktəbinin epidemiologiya üzrə professoru Punam Manqtani belə deyir: "H3N2, 2024-cü il qrip mövsümündə görülən növdən daha fərqlidir. Bu isə cəmiyyətdə daha az immunitet ola biləcəyi anlamına gəlir; dolayısıyla virus daha asan yayılıb insanları yoluxdura bilər və bu da bu il yoluxmaların daha erkən artmasının səbəbi ola bilər".

Hüsrev Diktaş bunu belə izah edir: "Bu suala iki istiqamətdən cavab verilir. Birincisi, virusun birbaşa ağciyər toxumasına yerləşib viral pnevmoniyaya səbəb olmasıdır. Daha çox görülən ikinci mexanizm isə virusun tənəffüs yollarının qoruyucu baryerini zəiflətməsi nəticəsində pnevmokok və ya stafilokok kimi bakteriyaların işə qarışmasıdır. Bu "ikili hücum" xüsusilə yaşlılar, xroniki xəstəliyi olanlar və immuniteti zəif şəxslər üçün təhlükəlidir".

Hüsrev Diktaşa görə, qrip peyvəndi hər mövsümdə olduğu kimi bu il də ən güclü müdafiə vasitəsidir. Altı ayından yuxarı hər kəs peyvənd oluna bilər, lakin 65 yaş üstü şəxslər, hamilələr, lohusalar, 6 ay–5 yaş arası uşaqlar, xroniki xəstələr, baxımevi sakinləri və tibb işçiləri mütləq peyvənd olunmalıdır.

Hüsrev Diktaş bildirir ki, qrip peyvəndinin H3N2 komponenti hər il yenilənir, lakin virusun sürətli dəyişməsi tam uyğunluğu çətinləşdirə bilər. Buna baxmayaraq, peyvənd ağır xəstəlik və xəstəxanaya yatış ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Başqa sözlə, güc infeksiyanı 100 faiz önləməsində deyil; xəstəliyin yüngül keçməsinə şərait yaratmasındadır.


Britaniya səlahiyyətliləri qrip hallarında gözlənilən artım səbəbilə əhaliyə peyvənd çağırışı edir. Mutasiyaya uğramış variantın iyuna qədər üzə çıxmamış olması səbəbilə mövcud peyvəndin bu növə qarşı tam qoruma yaratmayacağı bildirilsə də, mütəxəssislər peyvəndin hələ də həyati əhəmiyyət daşıdığını vurğulayırlar.

Professor Punam Manqtani əlavə edir: "Qrip növləri sürətlə təkamül edir, buna görə əvvəl qrip keçirmiş olsanız və ya peyvənd etdirilmiş olsanız belə, hər il yenidən peyvənd olunmaq vacibdir. Ən yaxşısı peyvəndi payızda və ya qışın əvvəlində, yoluxmalar artmazdan əvvəl etdirməkdir".

Professor Nikola Luisin "H3 daha isti, daha aqressiv; uzun zamandır belə dinamikalar görməmişdik” xəbərdarlığını panikaya yox, tədbirə çağırış kimi qiymətləndirmək lazımdır. Hüsrev Diktaşa görə, vəziyyətin ciddiliyini müəyyən edən üç əsas amil var: risk qruplarının peyvəndlənmə səviyyəsi; məktəb, ev və iş yerlərində yayılmanı azaldan sadə tədbirlər; risk qrupunda olanlarda simptomlar başladıqdan sonra (ilk 48 saat ərzində) antiviral müalicəyə çıxış.

Hüsrev Diktaş bildirir ki, sualın təkcə bir cavabı yoxdur. Bu mövsümdə virusun aqressivliyindən çox, dövriyyənin erkən başlaması və məktəbli uşaqlar üzərindən sürətlə yayılması diqqət çəkir. Yəni risk qrupları üçün bu mövsüm "daha diqqətli olaq” mövsümüdür.

Onun sözlərinə görə, ailələr üçün praktik yanaşma aydındır: əgər yüksək hərarət, əzələ–oynaq ağrısı və öskürək kimi simptomlarla ani başlanğıc varsa, xüsusilə xroniki xəstəliyi olanlarda 48 saat qaydasını unutmamaq və vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Bu qış qripi virusun keçirdiyi dəyişikliklər səbəbilə daha sürətli yayılır və zəif qruplar üçün daha böyük yük yaradır. Bu mənzərəni dəyişə biləcək üç əsas vasitə isə bunlardır: peyvənd, erkən müraciət–erkən antiviral müalicə və gündəlik həyatdakı sadə qorunma tədbirləri.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri