Mütəxəssis: Elektron resept sistemi həkim, pasiyent və aptek arasında əlaqəni daha şəffaf və təhlükəsiz edir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 1 iyul, AZƏRTAC
Elektron resept sistemi həkim, pasiyent və aptek arasında əlaqəni daha şəffaf və təhlükəsiz edir. Bu sistem dərmanların düzgün istifadəsini təmin edir, özbaşına dərman qəbulunun qarşısını alır. Artıq reseptlər rəqəmsal sənəd kimi təqdim olunur, saxtakarlıq halları istisna edilir və dərman yalnız həkim göstərişi ilə təyin olunur
AZƏRTAC xəbər verir ki, bunu 93 FM-in “Sağlam radio” verilişində çıxış edən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Zakir Quliyevin sözlərinə görə, sistem xroniki xəstələr üçün təkrar reseptləri asanlaşdırır, eyni zamanda, dərmanların qarşılıqlı təsir riskini azaldır və yanlış istifadənin qarşısını alır.
Mütəxəssis əlavə edib ki, elektron resept təkcə texnoloji yenilik deyil, səhiyyə sistemində əsaslı islahatların vacib hissəsidir. O bildirib ki, vətəndaşların bu sistemə düzgün yanaşması gələcəkdə daha geniş rəqəmsal səhiyyə həllərinin tətbiqinə zəmin yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 01 İyul 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















