Icma.az
close
up
RU
Mütəxəssis: Xroniki yorğunluq müəyyən xəstəliklərin əlaməti ola bilər

Mütəxəssis: Xroniki yorğunluq müəyyən xəstəliklərin əlaməti ola bilər

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Xroniki yorğunluq gündəlik yorğunluqla eyni deyil. Bu, uzun müddət davam edən, istirahət və yuxudan sonra belə keçməyən, insanın həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Əgər bu hal bir neçə həftə və ya ay davam edirsə, artıq onu sadəcə yorğunluq kimi qəbul etmək olmaz, çünki bu, çox zaman müəyyən xəstəliklərin əlaməti ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.

O deyib ki, ən çox rast gəlinən səbəblərdən biri qan azlığıdır: “Qanda oksigen daşıyan hemoqlobinin azlığı səbəbindən orqanizm kifayət qədər oksigenlə təmin olunmur və insan daim halsızlıq, gücsüzlük hiss edir. Digər vacib səbəb isə qalxanabənzər vəzin xəstəlikləridir. Hormonların çatışmazlığı (hipotiroidizm) maddələr mübadiləsini zəiflədir və insan özünü ağır, yorğun hiss edir. Əksinə, hormonların çoxluğu (hipertiroidizm) orqanizmi yükləyərək enerjini tez tükəndirir. Xroniki yorğunluğa psixoloji amillər də səbəb ola bilər. Stres, narahatlıq və ya depressiya insanın həm emosional, həm də fiziki gücünü azaldır. Bu zaman istirahət kifayət etmir, çünki problemin kökündə psixoloji gərginlik dayanır. Yuxu pozğunluqları da geniş yayılmış səbəblərdəndir. Yuxu apnesi və ya keyfiyyətsiz yuxu zamanı insan yatmış olsa da, orqanizm dincələ bilmir və səhərlər yorğun oyanır”.

Mütəxəssis-ekspert bildirib ki, şəkərli diabet, ürək-damar və ağciyər xəstəlikləri də orqanizmin enerjisini aşağı salır. “Diabetdə qanda şəkərin qeyri-sabit olması tez yorulmaya gətirib çıxarır, ürək və ağciyər problemlərində isə orqanizmin oksigenlə təminatı zəiflədiyi üçün yorğunluq artır. Bəzi hallarda xroniki infeksiyalar və ya immun sistem xəstəlikləri də bu hissi yarada bilər. Hətta səbəbi aydın olmayan və xüsusi olaraq “xroniki yorğunluq sindromu” adlanan bir vəziyyət də mövcuddur. Bu zaman yorğunluq aylarla davam edir və adi analizlərdə heç bir ciddi problem görünməyə bilər. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. Qan analizləri, qalxanabənzər vəz hormonlarının yoxlanılması, şəkər səviyyəsinin ölçülməsi, ürək və ağciyərlə bağlı müayinələr səbəbin aydınlaşdırılmasına kömək edə bilər. Çünki yorğunluq çox zaman başqa xəstəliyin xəbərçisi olur və erkən diaqnoz həm müalicəni asanlaşdırır, həm də fəsadların qarşısını alır”, - deyə o vurğulayıb.

Zakir Quliyev qeyd edib ki, həyat tərzi faktorlarını da unutmaq olmaz: “Yuxu rejiminin qaydaya salınması, balanslı qidalanma, gündəlik fiziki aktivlik və stresin idarəolunması yorğunluğun azalmasında mühüm rol oynayır. Əgər yorğunluq bu tədbirlərə baxmayaraq, davam edirsə, artıq onu adi hal kimi qəbul etmək olmaz. Həmçinin uşaqlarda da xroniki yorğunluq sindromu müşahidə oluna bilər. Lakin bu, böyüklərlə müqayisədə daha nadir haldır”.

Onun sözlərinə görə, bu sindrom davamlı və səbəbi izah edilməyən yorğunluqla xarakterizə olunur, ən azı altı ay davam edir və istirahətlə tam aradan qalxmır. “Uşaqlarda bu vəziyyət gündəlik həyat fəaliyyətlərinə, məktəbə davamiyyətə və dərs oxumağa ciddi təsir göstərə bilər. Ən çox rast gəlinən əlamətlər arasında gücsüzlük, diqqət və yaddaşda zəifləmə, baş, əzələ və oynaq ağrıları, yuxu pozuntuları və infeksiyalardan sonra vəziyyətin daha da pisləşməsi qeyd olunur. Səbəbləri tam dəqiqləşdirilməsə də, infeksiyalardan sonra yaranması, immun sistemində dəyişikliklər, stres və yuxu rejimində pozuntularla əlaqələndirilir”, - deyə o bildirib.

Mütəxəssis-ekspert deyib ki, diaqnozun qoyulması çətindir, çünki oxşar əlamətlər dəmir çatışmazlığı, qalxanabənzər vəzin xəstəlikləri və ya psixoloji problemlərdə də müşahidə oluna bilər: “Müalicəsi əsasən simptomların yüngülləşdirilməsi, həyat tərzinin yaxşılaşdırılması, düzgün yuxu və qidalanma rejiminin tənzimlənməsi, həmçinin psixoloji dəstək üzərində qurulur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see237

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see230

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see215

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see212

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see172

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see155

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see150

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see147

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see144

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see142

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see142

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see141

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see138

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see138

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see136

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri