Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
Icma.az, Medicina portalına istinadən məlumat verir.
Bir araşdırma ideal yuxu müddətini ortaya çıxarıb.
Medicina.az xəbər verir ki, alimlər 500.000 insanın yuxu vərdişlərini araşdırdıqdan sonra diqqətəlayiq nəticələri ictimaiyyətlə bölüşüblər.
ABŞ-dakı Kolumbiya Universitetinin alimləri tərəfindən beynəlxalq tədqiqat qrupu ilə birlikdə aparılan araşdırma Nature jurnalında dərc edilib.
Yuxu müddəti ilə bədəndəki müxtəlif bioloji yaşlanma əlamətləri arasındakı əlaqəni anlamaq istəyən alimlər beyni, ağciyərləri, qaraciyəri, dərini, immun sistemini və maddələr mübadiləsini araşdırıblar.
Tədqiqat nəticəsində hər orqan üçün eyni ideal dəyər tapılmasa da, ən uyğun yuxu müddəti bədən bölgəsindən və cinsindən asılı olaraq təxminən 6 saat 24 dəqiqə və 7 saat 48 dəqiqə arasında olub.
Beynin bioloji yaşı haqqında ipucu verən bəzi zülallar üçün optimal dəyərlər qadınlarda 7 saat 48 dəqiqədən bir qədər az, kişilərdə isə təxminən 7 saat 42 dəqiqə idi. Tədqiqatçılar dəqiqələrin sayının fərq etmədiyini, bədəndəki bir çox proses üçün optimal yuxu müddətinin təxminən yeddi-səkkiz saat olduğunu göstəriblər.
Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 10 Avqust 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















