Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MÜTTƏFİQ SƏMASINDA “DÜŞMƏN ATƏŞİ”... Rusiya üzr istəyəcək, yoxsa yenə iz itirəcək? AzPolitika onlayn siyasiictimai qəzet

MÜTTƏFİQ SƏMASINDA “DÜŞMƏN ATƏŞİ”... Rusiya üzr istəyəcək, yoxsa yenə iz itirəcək? AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təəssüf ki, böyük mütəfəkkirlər yetişdirməsinə baxmayaraq, tarix boyu Rusiya üçün insan həyatının elə bir ciddi dəyəri, qiyməti olmayıb. İstər rəsmən imperiya adı daşıyanda, istər SSRİ dövründə, istərsə də bu gün. Onun günü bu gün Ukraynadakı mənasız, ədalətsiz, vəhşi işğalçılıq müharibəsində öz vətəndaşlarını “top əti” kimi dəstə-dəstə qırğına verməsi də bunun bariz göstəricisidir. Onun Ukrayna üzərindəki əsas “üstünlüyü” də elə məhz bunda – insan həyatına heç bir dəyər verməməsindədir...

Təəsüf ki, Rusiyanın bu “xüsusiyyəti” onun tərəfindən təkcə öz vətəndaşları deyil, keçmiş müstəmləkələrinə, bu gün “müttəfiq” adlandırdığı ölkələrin vətəndaşlarına da şamil olunmaqdadır. Bunu son olaraq Qroznıya enməli olan Azərbaycana məxsus sərnişin təyyarəsinə, onun sərnişinlərinə və ekipajına münasibətdə bir daha gördük.

Artıq mütəxəssislərin bildirdiyi və məlum kadrlardan da göründüyü kimi, bu təyyarənin Rusiya HHM-ləri tərəfindən vurulduğuna şübhə yoxdur. Əgər təyyarə qəsdən vurulubsa, bu, açıq təxribat, Azərbaycana qarşı düşmənçilikdir ki, bunu qətiyyətlə istisna etmək istərdik...Yox, təsadüfən vurulubsa, bunun da etitafı, izahı olmalıdır.


Mütəxəssislər təyyarədəki mərmi izlərinin bir müddət əvvəl Çeçenistana gətirilən “Pantsir-S” sisteminə aid oluğunu deyirlər. Onu da qeyd edirlər ki, bu sistemlərin ekranında operatorlar hədəfləri görürlər, onlar rəqəmlərlə qeyd olunur və hansı hədəfin vurulmalı olduğu müəyyən edilərək, atəş komandası verilir. İndi görün, “dünyanın ikinci ordusu”nda başıpozuqluq, qorxu, qeyri-peşəkarlıq, özbaşınalıq, texnoloji gerilik və s. hansı səviyyədədir ki, digər hərbi hədəflərin yerinə sərnişin təyyarəsini vururlar...

Deyək ki, çox böyük ehtimalla təyyarə bilərəkdən vurulmayıb. Bəs yaxınlıqdakı aeroportları qoyub, onu Xəzərə - düzgün ölümə yönləndirmələridəmi bilərəkdən olmayıb?! Məqsəd nə idi? Dənizə düşəcək, batacaq, iz itəcək? Budurmu müttəfiq dövlətə, onu vətəndaşlarına göstərilən münasibət? Əsl normal, insani münasibəti Rusiya yox, qardaş Qazaxıstan göstərdi.

Rusiyada, dövlət içində dövlət olan Çeçenistanda isə dünən Ramzan Kadırov təyyarəmiz vurulan gün “bütün hədəfləri vurmuşuq” deyərək qürrələnən qardaşı oğlu Həmzət Kadırovu "Çeçenistan Respublikasına xidmətlərinə görə" medalı ilə təltif etdi. “Rosaviasiya” isə qəzadan dərhal sonra təyyarənin “quş dəstəsi ilə toqquşduğuna” dair absurd iddia ilə çıxış etdi. Əsas olaraq da guya pilotların quş dəstəsinə çırpıldıqları barədə dispetçerlə danışıqları gətirildi. Hansı ki, sərnişin təyyarəsinin pilotları heç də hər gün raket atəşinə məruz qalmadıqları, bunun əlamətlərini bilmədikləri üçün doğrudan da zərbənin quş dəstəsilə toqquşma olduğunu güman edə bilərdilər.

Lakin istər “Rosaviasiya”, istərsə də ona göstəriş verənlər ilk andaca onun raketlə vurulduğunu çox gözəl bilirdilər və məhz buna görə onu Xəzərə yönləndirmişdilər. Hətta ötən gün Rusiyanın nisbətən müstəqil “teleqram” kanalları Çeçenistanda təyyarənin düşməsindən dərhal sonra həmin səhər növbədə olan və HHM sistemlərini idarə edən hərbçilərin Rusiya istintaq orqanları tərəfindən sorğu-sual edildiyinə dair məlumatlar yaydılar. Bu sorğu-sualın günahkarların müəyyən edilməsi, yoxsa hadisəni ört-basdır etmək üçün təlimatların verilməsi üçün edildiyi hələ ki, bilinmir...


Ancaq dəqiq bilinən odur ki, “quş dəstəsi” versiyası “quşbaşlar” və Azərbaycandakı bəzi “rusbaşlar” üçün idi. Əsl məqsəd 1918-ci ildə Azərbaycanı işğal edib Cümhuriyyətə son qoyulmasında, 1930-cu illər repressiyalarında, 20 yanvar və Xocalı qətliamlarında və digər cinayətlərdə olduğu kimi, iz itirmək idi!

Bu hadisə həm də onu göstərdi ki, Ukrayna müharibəsi artıq Qafqazın qapısına dirənib. Onun dəhşətli fəsadlarını Ukrayna ilə birgə Rusiyanın əsrlər boyu özünün “arxa bağçası” hesab etdiyi bütün məmləkətlər öz üzərində hiss edir...

O da heç kimə sirr edyil ki, Azərbaycanın sərhədlərinin bağlı saxlanmasından tutmuş ölkəmizə qarşı son zamanlar misli görünməmiş həddə çatan xarici təzyiqlərə qədər əksər problemlərimizin başlıca səbəblərindən biri Rusiya faktorudur. Rusiya ilə İran arasında buterbrodun arasındakı yağlı tikə kimi qalan Azərbaycana iştahla baxanlar, ondan “özünü yandırmasını” gözləyənlər çoxdur. Ona görə də ehtiyatı əldən vermək qətiyyən doğru olmaz. Lakin açıq-aşkar Rusiya tərəfindən vurulduğu heç bir şübhə doğurmayan bu təyyarə qəzasının ədalətli araşdırılmasında, günahkarların üzə çıxarılaraq cəzalandırılmasında, həlak olanların ailələrinə və xəsarət alanlara kompensasiya ödənməsi məsələsində Azərbaycan heç bir güzəştə getməməlidir...

Əslində, dövlətlər də adamlar kimidir. Böyük adamlar böyüklük göstərməyi, ləyaqətlə, ədalətlə davranmağı, yeri gələndə öz günahlarını etiraf etməyi və üzr istəməyi də bacararlar. Gövdəsi böyük, mahiyyəti, məzmunu kiçik, cılız adamlar isə yalnız öz “qabaritlərinə” güvənər, əvəzində nə ləyaqət, nə də şərəf anlayışı bilərlər. Odur ki, bu qəzadakı günahkar tərəfdə azacıq da olsa yuxarıda sadalanan hisslər qalıbsa özündə cəsarət tapıb cinayətini etiraf etməli, üzr istəməli, bu cinayəti törədənləri cəzalandırmalıdır...

E.Qüdrətoğlu

“AzPolitika.info”  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Dekabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see422

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see417

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see275

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see205

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see164

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri