Müttəfiqlər tam məlumat alacaqlar Aktaudakı təyyarə qəzasının təhqiqatı üzrə ekspert Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazaxıstanlı siyasi müşahidəçi Qaziz Abışev Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalarla bağlı vəziyyəti şərh edib.
BAKU.WS xəbər verir ki, Tengrinews.kz müxbiri xəbər verir.
Ekspert vurğulayıb ki, Rusiya və Azərbaycan Qazaxıstanın müttəfiqləridir. Onun sözlərinə görə, bu halda ölkələr arasında müttəfiqlik münasibətlərinin nəzərə alınması vacibdir.
Abışev hər iki ölkənin bütün lazımi məlumatları alacağına əminliyini ifadə edib.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayonundan olub. Onlardan 10 nəfər həlak olub, 5 nəfəri isə yaralanıb.
Hadisə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 27 Dekabr 2024 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















