Icma.az
close
up
RU
Müxtəlif yaşlarda normal təzyiq neçə olmalıdır və necə düzgün ölçmək olar?

Müxtəlif yaşlarda normal təzyiq neçə olmalıdır və necə düzgün ölçmək olar?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Arterial təzyiqə nəzarət ürək-damar xəstəliklərinin profilaktikasının mühüm hissəsidir. Ev şəraitində təzyiqi mütəmadi ölçmək göstəricilərdəki dəyişiklikləri vaxtında müəyyən etməyə və xüsusi diqqət tələb edən vəziyyətlərdə həkimə müraciət etməyə imkan verir.

Qaynarinfo xəbər verir ki, "Medonet" nəşri müxtəlif yaş qrupları üçün arterial təzyiq göstəriciləri və onun düzgün ölçülməsi ilə bağlı məlumat yayıb.

Yetkinlərdə təzyiq hansı göstəricidə normal sayılır?

Nəşrin məlumatına görə, böyüklərdə həkim kabinetində ölçülən arterial təzyiq üç əsas kateqoriyaya bölünür:

* yüksəlməmiş təzyiq: 120/70 mm civə sütunundan aşağı;

* yüksəlmiş təzyiq: 120-139/70-89 mm civə sütunu;

* arterial hipertoniya: 140/90 mm civə sütunu və ya daha yüksək.

Ev şəraitində ölçmə zamanı isə bir qədər fərqli meyarlar tətbiq olunur:

* yüksəlməmiş arterial təzyiq: 120/70 mm civə sütunundan aşağı;

* yüksəlmiş arterial təzyiq: 120-134/70-84 mm civə sütunu;

* hipertoniya: 135/85 mm civə sütunu və ya daha yüksək.

Norma yaşdan asılıdır

Məqalədə vurğulanır ki, hipertoniya müalicəsi alan insanlarda hədəf göstəricilər yaşa görə dəyişə bilər.

69 yaşa qədər arterial hipertoniyadan müalicə alan insanlar üçün sistolik təzyiqin, yəni yuxarı göstəricinin 120-129 mm civə sütunu, diastolik təzyiqin isə 80 mm civə sütunundan aşağı olması hədəf hesab edilir.

70 yaşdan yuxarı insanlarda sistolik təzyiqin 130-139 mm civə sütunu, yəni 140-dan aşağı olması, diastolik təzyiqin isə 80 mm civə sütunundan aşağı qalması tövsiyə olunur.

Polşa Hipertoniya Cəmiyyətinin tövsiyələrinə əsasən, diaqnoz qoyulmuş hipertoniyası olmayan bütün insanlar üçün, yaşından asılı olmayaraq, hədəf göstəricilər 130/80 mm civə sütunundan aşağı olmalıdır.

80 yaşdan yuxarı insanlar üçün isə təzyiqin 140/90 mm civə sütununu keçməməsi tövsiyə edilir.

Təzyiqi necə düzgün ölçmək lazımdır?

Dəqiq nəticə əldə etmək üçün yalnız normal göstəriciləri bilmək kifayət deyil. Ölçmənin düzgün aparılması da vacibdir.

Varşavadakı Postqradual Tibbi Təhsil Mərkəzinin daxili xəstəliklər və gerontokardiologiya kafedrasının rəhbəri, professor Pyotr Yankovski təzyiqi ən azı beş dəqiqə istirahət etdikdən sonra oturaq vəziyyətdə ölçməyi tövsiyə edir.

Ölçmə aparılan qol sabit şəkildə dəstəklənməlidir. Bunun üçün stol və ya kreslonun qoltuqaltısından istifadə etmək olar.

Təzyiqi ən azı iki dəfə ölçmək və ölçmələr arasında 2-3 dəqiqə fasilə vermək tövsiyə olunur.

Stressli vəziyyətdə və ya güclü ağrı zamanı aparılan ölçmələrin nəticələri düzgün olmaya bilər.

Təzyiqi nə qədər tez-tez ölçmək lazımdır?

Təzyiqin nə qədər tez-tez yoxlanılması son göstəricilərdən asılıdır.

Professor Yankovskinin sözlərinə görə, nəticələr normaldırsa, növbəti ölçmə ən gec beş ildən sonra aparılmalıdır.

Ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, aritmiya, şəkərli diabet və ya böyrək çatışmazlığı olan insanlara isə hər həkim qəbulunda təzyiqlərini yoxlatmaq tövsiyə edilir.

Hipertoniya riski yüksək olan insanlar əlavə olaraq evdə də təzyiqlərini mütəmadi ölçməlidirlər. Belə şəxslər yalnız həkim qəbulunda aparılan ölçmələrə güvənməməlidirlər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Avqust 2026 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri