“Mygov platformasında səhiyyə müəsisələrində növbə sisteminin tətbiqinə böyük ehtiyac var” DEPUTAT
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
“Ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov”da istifadəçilərin sayı 2 milyon nəfəri ötüb. “mygov” platformasında istifadəçi sayının artmasına bir neçə əsas rəqəmsal funksionallıq ciddi təsir göstərib. Bu artımda “mygov ID” funksiyası xüsusi rol oynayıb. Bu funksiya vətəndaşlara QR kod vasitəsilə dövlət və özəl qurumların sistemlərinə rahat və sürətli giriş imkanı yaradır”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev Milli Məclisin iclasında çıxışı zamanı deyib:
“Bundan əlavə, “İcazələrin idarə edilməsi” funksiyası vətəndaşlara fərdi məlumat paylaşımına nəzarət imkanı verərək platformanı daha da istifadəçi yönümlü, təhlükəsiz və rahat edib. Eyni zamanda yeni istifadəyə verilmiş dövlət qurumlarına məktub göndərmək və almaq funksiyası da vətəndaş mərkəzli rəqəmsal xidmət təcrübəsini daha yüksək səviyyəyə çatdırıb.
Göründüyü kimi rəqəmsal hökumət və xidmətlərin təşkili həyatımızı asanlaşdırıb. İnanıram ki, 2026 – cı ildə rəqəmsal hökümət xidmətləri daha da genişlənəcək. Ümid edirəm ki, növbəti illərdə rəqəmsal sənəd dövriyyəsinə çıxış imkanları artırılacaq. Bununla kağıza, çap, poçt xərcələrinə və ən əsas vaxta xeyli qənaət etmiş olacağıq”.
Deputat əlavə edib ki, ASAN xidmətin fəaliyyəti və xüsusilədə elektron növbə sistemi uzun illərdir ki, nöqsansız işləyir.
“Amma, bəzi qurumlar fərqli növbə sistemləri tətbiq edərək vətəndaşların problemlə üzləşməsinə səbəb olurlar. Özümüzdə tətbiq olunan və uğur qazanan rəqəmsal həllərə üstünlük versək daha yaxşı olar.
Xəstəxana və poliklinikalarımızda da elektron növbə sistemlərinin tətbiqi geçikir. Dəfələrlə fərqli xəstəxanalarda olmuşam, gördüyüm mənzərə heç də ürəkaçan olmayıb. Müasir dövrdə kağız və ya köhnə üsullarla növbə təşkil edilməyə çalışılması effektiv deyil. Mygov platformasında səhiyyə xidmətlərinin sayının artırılmasına və səhiyyə müəsisələrində növbə sisteminin tətbiqinə çox böyük ehtiyac var. Ümid edirəm ki, adiyyatı qurumlar bu məsələlərin həllinə dair fəaliyyətlərini artıracaqlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 26 Dekabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















