Nar və nar məhsullarının ixrac potensialının artırılması müzakirə olunub
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 12 sentyabr, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi və Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri, eləcə də quruma üzv olan sahibkarlarla görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində nar məhsullarının ixrac potensialının artırılması, fitosanitar nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, ixrac üçün zəruri sertifikatlaşdırma proseslərinin sürətləndirilməsi və logistik xərclərin optimallaşdırılması istiqamətində məsələlər müzakirə olunub. Bununla yanaşı, ixracın şaxələndirilməsi və məhsulların yeni bazarlara çıxışı imkanları ilə bağlı təkliflər səsləndirilib, mövcud vəziyyətin təhlili aparılıb və bazar iştirakçılarının praktiki təcrübəsinə əsaslanan yanaşmalar diqqətə çatdırılıb.
Görüşün yekununda təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, mövcud çağırışların həlli üçün müvafiq addımların atılacağı vurğulanıb. Həmçinin ixrac potensialının artırılması məqsədilə görüş iştirakçıları arasında əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 12 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















