“Nar” Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Nar” Yeni il bayramını uşaqlar üçün unudulmaz etmək üçün “Biz Birlikdəyik” sosial platformasının “Şaxta Baba ucqar kəndlərdə” layihəsinə əsas tərəfdaş olaraq dəstək verib.
Təşəbbüsün əsas məqsədi ucqar kəndlərdə yaşayan uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etmək, onların üzündə təbəssüm yaratmaqdır.
Təşəbbüs çərçivəsində “Biz Birlikdəyik” komandası vasitəsilə ucqar kəndlərdə yaşayan 1000-ə yaxın uşağa müxtəlif hədiyyələr təqdim edilib.
Sərfəli xidmətləri və sosial məsuliyyət təşəbbüsləri ilə bölgələrə ən yaxın mobil operator olan “Nar” bu sosial təşəbbüsə dəstək verməklə birlik, həmrəylik və qayğı dəyərlərinin güclənməsinə töhfə verir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 31 Dekabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















