Icma.az
close
up
RU
“NARKOMAN SİYASƏTÇİ, MƏMUR, İŞ ADAMLARINI İFŞA EDİN!...” Deputatdan hüquq mühafizə orqanlarına sensasiyalı çağırış

“NARKOMAN SİYASƏTÇİ, MƏMUR, İŞ ADAMLARINI İFŞA EDİN!...” Deputatdan hüquq mühafizə orqanlarına sensasiyalı çağırış

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Millət vəkili Fazil Mustafa Azərbaycanda gənclər, xüsusən də qızlar arasında son illərdə artan siqaret və narkotik aludəçiliyi ilə bağlı paylaşım edib. Deputat son günlər Türkiyədə tanınmış şəxslərə qarşı aparılan anti-narkotik əməliyyatlarını nümunə göstərərək, Azərbaycanın hüquq-mühafizə orqanlarına oxşar əməliyyatlar təşkil etməyi tövsiyə edib.

Hurriyyet.az “AzPolitika”-a istinadən F.Mustafanın aktual paylaşımını təqdim edir:

"İstanbula gəlmişkən dostlarla axşamüstü görüşüb çay içmək üçün yaxındakı çay-qəhvə məkanına girdik. Bu məkanın əsas binaya artırma hissəsinin üstünü qapalı göstərmək üçün komuflyaj edərək rahat siqaret və qəlyan çəkməyə uyğunlaşdırmışdılar. Təmiz havalı yer tapa bilmədiyimizə görə vaxtımızın qiymətli olduğunu düşünərək başqa məkan axtarışına çıxmadıq.

Hamısı mənim kimi siqaret və qəlyan görəndə yüz addım uzağa qaçan dostlarla boş bir yer tapıb çay sifarişimizi verdik. Oturan kimi ətrafa diqqət etdim. Ətraf masalarda əsasən gənc oğlan və qızlar oturub çay və yaxud qəhvə içir, söhbətləşir… və əksəriyyəti siqaretı damağında tüstülədirdi.

İstisna olaraq siqaret çəkməyən oğlanlar gözə çarpsa da, demək olar ki, bütün qızların ya damağında siqareti, ya da qarşısında siqaret qutusunu görə bilirdim. Dostlarım söylədi ki, bu mənzərə Bakıda da xeyli yayğınlaşımış. Bu səviyyədə olmasa da, ancaq adiləşdiyini söyləmək mümkündür. Doğrudur, mən Bakıda kafe, çayxana və bar məkanlarına baş çəkmədiyimə görə bu barədə təsəvvürlərim sadəcə çevrəmdəki insanların söylədiklərindən qaynaqlanır. Gənc qızlar arasında gecə həyatı, əxlaqsızlığın narahatedici səviyyədə yayğınlaşması barədə xeyli məlumatları da qulaqardı etməzsək, durumun ciddiliyi barədə düşünməyimiz hər halda əsassız olmazdı.

Hələ ki, İstanbulda olduğum qısa bir müddətdə hər yerdə yayğınlaşan bu siqaret bəlasına qarşı cəmiyyətin ictimai qınaq və ya sərt mübarizə apardığından danışmaq mümkün deyil. Dərhal bu siqaret aludəçisi olan yetkinlik yaşına çatmamış lisey öyrənciləri və ya ali məktəb tələbələrini bir ana obrazında təsəvvür etməyə çalışırsan və dəhşətə gəlirsən: bu, dünyaya gətirəcəyi körpənin sağlamlığını heçmi düşünmür?

Evə dönüşündə siqaret qoxusunu atası, anası, qardaşı necə olur ki, hiss etmir? Hiss edirsə, niyə bu pis vərdişi önləməyə çalışmırlar?

Hələ narkotik bəlasını mövzuya qatmaq istəməsəm də, son vaxtlar Türkiyədə bu şəbəkəyə qarşı başlayan total dövlət tədbirlərini məmnuniyyətlə qarşıladığımı açıqca duyururamHəm də işi imtiyazlı təbəqələr, tanınmış şəxslər üzərindən aparmaları olduqca diqqətçəkici məqamdır. Çox istərdim ki, Azərbaycanda da qanunvericiliyin sərt üzü narkotik aludəcisi olan, onun satış şəbəkəsində yer alan tanınmış şəxslərə doğru yönəlsin. Cəmiyyət görsün ki, bu rəzil yaşamı sürdürən kimlər varsa, onlara da güzəştə gedilmir. İnanın ki, bu adamların ifşası potensial narkotik aludəçisi ola biləcək xeyli insan üçün “Dur!” siqnalı mahiyyətində ola bilər. 

Tanınmışlar deyəndə, yalnız orada-burada tez-tez adları hallanan sənət sahəsində olanlardan, yaxud idmançılardan söhbət getmir, elə siyasətçi, dövlət məmuru, iş adamı kateqoriyasından olan hər kəsdən gedir. Müvafiq qurumların əlində yetərincə dəqiq bilgilər mövcuddur, sadəcə bu prosesə ümummilli xilas məsələsi kimi yanaşılarsa, ciddi nəticələr əldə etmək mümkündür.

Dönürəm yenə də siqaret məsələsinə. Türkiyədə qızlar arasında fəlakətli səviyyədə yayğınlaşan siqaret aludəçiliyi ailə faciələrinə səbəb olacaq mahiyyətdədir və məni hədsiz narahat etdi. Əslində bu, ictimai nadanlığın formalarından biridir. Eyni nadanlığı Azərbaycanda gənclər arasında getdikcə kütləviləşən tatunun (döymənin), burun, dodaq deşdirib sırğa taxmağın modaya çevrilməsində də görə bilirik. Bu sırğasevərlərə sırğanın təyinat yerini kimsə evdə və ya məktəbdə doğrudanmı anlada bilməyib?

Şükürlər olsun ki, bir deputat olaraq qanunvericilik təşəbbüsü qaydasında elektron siqaretin qadağan olunması baqədə təşəbbüsüm Milli Məclisdə dəstəkləndi və artıq aprel ayının 1-dən qanun qüvvəyə minəcək. Əlbəttə, işləyib-işləməməsi cəmiyyətin ictimai qınağından asılı məsələdir və insan sağlamlığına yönəlik biganəliyin addımbaşı müşahidə etdiyimdən, elə də ümidli deyiləm. Bəs neçə illərdir qapalı yerlərdə istifadəsini məhdudlaşdırdığımız siqaretlə, qəlyanla bağlı nə edək? Hələ də məktəblərin belə qarşısından yığışdıra bilmədiyimiz bu məkanlardan pul qazananlar öz övladlarını göz önünə gətirib, nəsə düşünə bilirlərmi? Xüsusilə gənc qızları, daha doğrusu sabahın anası olacaq Azərbaycan qızlarını siqaret aludəçiliyindən, qəlyan aludəçiliyindən necə xilas edək? Yolunu bilirsinizsə, təkliflərinizi deyin, yazın, fikirlərinizi bölüşün. Mən bu məsələyə böyük fəlakət kimi baxıram, ancaq özüm də konkret çözüm yolunu bilmədiyimi etiraf edirəm.

Hələ ki, elektronlu-elektronsuz, siqaretimiz yana-yana gedir… İrəlidə isə nəsillərimizi də yandıracaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Yanvar 2026 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see228

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see133

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see126

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri