Icma.az
close
up
RU
“Narkomaniya və iqromaniya ölkəmizdə cinayətkarlığın artmasına səbəb olur” NARKOEKSPERT

“Narkomaniya və iqromaniya ölkəmizdə cinayətkarlığın artmasına səbəb olur” NARKOEKSPERT

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Emil Maqalov: “Nakomaniyanın qarşısını almaq üşün tədbirlərin və təlimlərin formatı dəyişilməlidir”

“Hər yoldan keçəni gətirib, ondan təlimçi kimi istifadə etmək olmaz”

Azərbaycanda narkomaniyanın genişlənməsi bir çox sahələrə öz mənfi təsirini göstərir. Məsələn, son illərdə ölkəmizdə cinayətkarlığın surətlə çoxalması bunun bariz nümunələrindən hesab oluna bilər.

Şübhəsiz, narkomaniyanın ən böyük zərər vurduğu sahələrdən biri də ailə inistitudur. Hansı ki, son vaxtlar xüsusilə gənclərin və orta yaşlı təbəqənin narkotikə qurşanması cəmiyyətdə boşanmaların sayını da ciddi surətdə artırıb. Rəsmi statistik rəqəmlərə əsasən deyə bilərik ki, ölkədə hər 3 nəfərdən biri boşanır. Lakin indi ölkədəki mövcud durum rəsmi rəqəmlərdə əks olunan mənzərədən tamamilə fərqlidir. Təəssüflə qeyd etməliyik ki, xüsusilə son illərdə ailə quran cütlüklərin az qala yarısı müxtəlif səbəblərdən boşanır. Yuxarıda da qeyd etdiyimiz kimi, müəyyən araşdırmalara görə burada narkomaniyanın da çox ciddi rolu var.

Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə narkotik istifadəçilərinin rəsmi sayı 45 min nəfərə yaxındır. Lakin yenə də təəssüflə vurğulamalıyıq ki, qeyri-rəsmi göstəricilər bundan dəfələrlə çoxdur. Hətta Ümum Dünya Səhiyyə Təşkilatının faktiki qiymətləndirillməsinə əsasən deyə bilərik ki, ölkəmizdə narkotik istifadəçilərinin ümumi sayı rəsmi göstəricidən 8-10 dəfə artıqdır. Bu isə Azərbaycanda təxminən 400 yüz min nəfərə yaxın narkotik asılısı olduğunu deməyə əsas verir.

Nəzərə alsaq ki, ölkədə hər 25 nəfərdən biri narkotik istifadəçisidir, bu sahədə vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu göstərməyə əlavə ehtiyac qalmır.

Əlbəttə, ailələrin dağılmasında, boşanmların sayının surətlə artmasında narkotiklə yanaşı, digər asılılıq növlərinin, o cümlədən iqromaniya (oyun asılılığı), alkoqolizm və s. zərərli vərdişlər də az rol oynamır. Hətta bəzi araşdırmalara görə, hazırda cəmiyyətimizdə iqromanların sayı heç də narkomanların sayından geri qalmır.

Heç də təsadüfi deyil ki, son illər ölkəmizdə fəaliyyət göstərən 150-yə yaxın özəl reabilitasiya mərkəzində müalicə alan iqromanların sayı narkomanların sayını üstələyib. Hansı ki, bu statistik göstəricilər də, toplum olaraq, bizə çox ciddi mesajlar verir.

O ki qaldı alkoqol asılılarına, kimsəyə sirr deyil ki, alkoqolizm təkcə son illərdə deyil, hətta SSR dönəmində belə, Azərbaycanda boşanmalara təsir göstərən əsas faktorlardan biri olub. Şübhəsiz, müstəqillik dönəmində də bu gerçəklik özünü ciddi şəkildə göstərir.

Bütün bunlarla yanaşı, əksər ekspertlərin qəbul etdiyi kimi, boşanmaların sayında sosial-iqtisadi səbəblər də mühüm yerdə dayanır. Xüsusilə işsizliyin artması, qiymətlərin artması fonunda insanların gəlirinin aşağı düşməsi və s. amillər ailələrdə narazılığa və boşanmalara gətirib çıxara bilir.

Bütün bunlar onu deməyə əsasa verir ki, əksər ölkələrdə olduğu kimi Azərbaycanda da boşanmaları tətikləyən bir neçə vacib səbəb var. Çox təəssüflə qeyd edirik ki, bunların ən dəhşətlisi məhz narkomaniyadır. Ona görə ki, narkomaniya özü ilə yanaşı, daha böyük problemləri də bərabərində sürükləyir. Məsələn, ailədaxili münaqişələrin çoxalması, qətl hadisələrinin artması və s. olaylar məhz burdan qaynaqlanır.

Bu baxımdan, ortaya belə bir məntiq çıxır ki, Azərbaycanda müxtəlif növ cinayətlərin, eləcə də boşanmaların qarşısını almaq üçün ilk növbədə narkomaniyanın genişlənməsinə mane olmaq lazımdır. Doğrudur, aidiyyəti qurumlar bu sahədə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışırlar. Məsələn, istər Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidmətinin (DSX) hər ay ölkəmizə külli miqdarda narkotik daxil olmasının qarşısını almasını, istər də Daxili İşlər Nazirliyinin (DİN) gün ərzində onlarla narkotik satıcısını qandallamasını buna misal göstərə bilərik. Lakin təəssüf ki, bütün bunlar ölkəmizdə narkomaniyanın kökünü kəsmək üçün yetərli olmur. Bəs, belə bir vəziyyətdə biz cəmiyyət olaraq daha hansı addımları atmalıyıq? Mövzu ilə bağlı narkoekspert Emil Maqalovun fikirlərini öyrənməyə çalışdıq.

- Emil bəy, narkomanların sayının çoxalması özü ilə yanaşı bir çox problemləridə bərabərində gətirir. Məsələn, cinayətkarlığın artmasıdediyimizə nümunə ola bilər. Bir narkoekspert kimi, bu haqda siz nə düşünürsüz?

- Əslində, narkomanların sayı artmayıb. Sadəcə, qeydiyyat məsələləri düzəlib. Misal üçün, əvvəllər 10 nəfər narkoman var idisə, onların çox çətinliklə cəmi 3-4 nəfəri rəsmi qeydiyyata düşürdü. İndi isə hər 10 nəfərin 6-7-si qeydiyyata düşür. Məhz bu səbəbdən də narkomanların sayı ilə əlaqədar statistik rəqəmlər böyüyüb.

- Hesab edrisinizki, istər narkomaniya, istər iqromaniya, istərdə alkoqolizm cəmiyyətdə cinayətkarlığı qidalandıran əsas faktorlardır?

- Bəli, hər 3-ü əsas faktorlardır. Əsasən narkomaniya və iqromaniyadır. İqromaniya psixoloji səbəblərdən qaynaqlanır və o da asılılıq yaradır. Narkotik isə asılılıqdan əlavə, fiziki ağrılar da yaradır. Belə deyək, bir neçə istifadədən sonra insan asılılığa düşür ki, nəticədə mütləq şəkildə bunun ağrıları başlayır. Hər bir narkotik istifadəçisi də öz ağrılarını kəsmək üçün ya narkotikdən, ya da güclü ağrıkəsicidən istifadə etməlidir. Beləliklə, o, 1 dəfə, 2 dəfə, 5 dəfə narkotik alır, sonra pul bitir,  dozalar da qalxır, nəticədə oğurluq etməyə məcbur olur.

- Son illər ölkəmizdə mövcud olan çox ciddi problemlərdən biridə boşanmaların sayının artmasıdır. Vəziyyət o həddə çatıb ki, az qala 2 evlənəndən 1-i boşanır. Sizcə, bu problemdə narkomaniyanın, yaxud alkoqolizmin payı nə qədərdir?

- Ölkədə son illərdə mövcud olan boşanmaların sayının demək olar ki, narkotiklə heç bir əlaqəsi yoxdur. Boşananların statistikasına baxdıqda, orada narkoman hardasa 14-16 faiz təşkil edir. Və yaxud digər hallarda qadınlar adını “narkoman” qoyaraq boşanır.

- Sağlam gənclik, möhkəm ailə inistitutu dövlətin gələcəyinin qarantıdır. Biz toplum olaraq bu iki problemin - istər zərərli vərdişlərin, istərdə boşanmaların qarşısını almaq üçün daha nələr edə bilərik? 

- Mən deyərdim ki, tədbirlərin və təlimlərin formatı dəyişilməlidir. Aidiyyəti insanlara təlimlər keçirilməlidir. Yəni aidiyyəti, bu işdən başı çıxan, bu iş haqda yerində məlumatı olan adamlar təlim keçməlidirlər. Hər dəfə qeyd etdiyim kimi, hər yoldan keçəni gətirib, ondan təlimçi kimi istifadə etmək olmaz.

Hazırladı: Jalə FAMİLQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Noyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri