Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Nasir Abbas: Özbək ədəbiyyatının avanqardı

Nasir Abbas: Özbək ədəbiyyatının avanqardı

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

                                                                                                                               “Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən IX yazı

1963-cü ilin 18 fevralında Nəməngən vilayətinin Çartaq rayonunda anadan olub.

Daşkənd Dövlət Mədəniyyət İnstitutunda təhsil alıb.

“Cüft çaylar nəğmələri” (2000 y.), “Məhəbbətdən ərzim var” (2001 y.), “Səbr təbəssümü” (2013 y.), “Xöşbəxtmisiniz?!” (2023 y.) adlı şeir toplulari çap olunub. “Şeyx Omarın səması” dastanı, əruz vəznində məşqləri, qatra, hekayə və novellaları var.

2007-ci ildən Özbəkistan Yazıçılar İttifaqının üzvüdür. “Məşrəb beşiyi” və “İlham” gənc qələm sahibləri dərnəklərində, həmçinin “İbrət yaradıcılıq məktəbi”ndə şeir sənəti üzrə məşğələlər keçirir.

O eyni zamanda Özbəkistan Jurnalistlər İttifaqı Nəməngən vilayət bölməsinin sədri, “Namangan həqiqəti” qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışır.

Ədəbiyyatım

Hikmət dərdim sahir gülzarlarindan,

Oxudum bir şirin humarlarindan,

Yenidən doğuldum etiraflarından,

Uzaq Adəm Ata qədər həyatım,

Mənim incə, munis ədəbiyyatım.

Əslində məvasan, ruh qədər dərin,

Onun gözəlliyindən şövq, zövqü dərən,

Mürəkkəbin qəlb qanı, alın tərimdən,

Quyruğu qanadlı Bayçibar atım,

Divani lüğətim ədəbiyyatım.

Dar olsan Məşrəb tək başımı tutum,

Canımı zəkat et, sədəqən olum,

Könüllər dağına qaldırıb ötüm,

Sən açıl, sən parla, sönmə, həyatım,

Mümtazım, möhtacim ədəbiyyatım.

Quralay* göz ilə öpüm gözündən,

Nəvai nəzm etmiş türklü sözündən,

Gəl, öpüm, anama oxşar üzündən,

Özünə bəkliyim, mənalı atım,

Əl-Cəbri doğan ədəbiyyatım!

Şair olmaq

Mən eşq idim,

Arzu idim, nur diləyən,

Nur diləyən diləklərdə sadir oldum.

Heyrət idim, ceyran gözlü sehrləyən,

Ərşdən əta – dünyaya müsafir oldum.

Hər cür xislət, dəyişməklər arasinda,

Daşlar dəydi bəzən könlüm güzgüsünə.

Yolum keçdi armanların arasindan,

Şayəd xalqın xidmətinə hazır oldum.

Neyləyim, sinəm dar olarsa arzulara,

Səs vermədim boğaz yırtan yahulara,

Sevdim, sevgim düçar etdi cadulara,

Aləm məni keçdi basıb, dağ-qir oldum.

Ləkəlidir neçə zatlar ömürləri,

Səda verər bülbülləri, qumruları,

Dinləyirsəm, hikmət varı, xislət varı,

Mən onlardan ruh almağa qadir oldum.

Ədəbiyyat, gəl, dönəyim nəfəsindən,

Mazilərdən, qazilərdən – xoş səsindən,

Titrəyirəm “Şairim” deyə çağırışından,

Şair xalqa bir katibi Nasir oldum.

Mən bir eşqəm,

Bir arzuyam, nur diləyən…

Etiraf

Bahar oldum,

Payız oldum,

Gah yandım,

Gah buzladim.

Cücərdim, ümid qırmadım,

Qüvvə gəldi kökümdən.

Keçmişim – ənbiyalar,

Pirnəzər evliyalar,

Mən almasam dualar,

Kimlər gələr izimdən?

Gülbağmıydı sağ və sol,

Babalarım keçən yol?

Uzansam, tutmağa qol

Yaranırmı sözümdən?

Gecələrdə uzlətim,

Acizlikmi xislətim,

Asilikmi qismətim?

Dadlar çaxdı gözümdən.

Varmı insan uvalim,

Harada şövq, zilalim?

Baz cavabsız sualım,

Titrək gəldi dizimdən.

Həsəd yansın,

Gəl, həvəs,

Ziyanındır kin, ərəz,

Xitab gəldi: yetər, bəs

Nə ki tale özündən!

Anlamaq

İnsan insan olunca on səkkiz min aləmin zərrələrinə səpilib yaşayarmış.

Çox gəzdim zərrələr köşkündə,

Torpaqda, çiçəkdə, nurlarda.

Keçdim gah ayıq, gah yuxuda,

Bölündüm elə min cürlərə.

Gəzdim on səkkiz min zərrədə,

Onca il bir səsiz, hür dəydib.

Getsəm də gələrəm mənzilə,

On səkkiz min ildən son qayıdıb.

İnsanam, insanlıq bir nemət,

Canımda sədasiz nəğmə var.

Bu uca məqamda qənimət,

On səkkiz min yas da var, toy da var.

Bölünsəm yenə min zərrəyə,

Oluram sevinçli ya qəmli.

Qayıtmağım şərtdir mənzilə,

Ən böyük imkandır insanlıq!..

* * *

Sevilməyi bacaramadım,

Bacarırammı sevməyi?

Bir söz var boğazımda səssiz,

Onu demək canı verməkmi?

Razı etməyə çatmadı gücüm,

Meylim razı razılaşmağa.

Uçmağı da bacaramadim,

Bəs yarayarmı heç olmasa enməyim?

Mənə həsrət möcüzə – imkan,

İmkan nə, bilərmi gülməyi?

Könlüm, indi göz yaşını sil,

Arzu etmə asla ölməyi!

Dünya

Tükənməzdir tapmacaların,

Qala verdim, mən qalacıyam.

Qaralandı bütün ağların,

Oyan, dünya, bir ləhzə oyan.

Tükənmə, deyə etmişəm dua,

Ağzımdakı təlqanlarima.

Eh, ləqəbi yalançı dünya,

Sən də bir döz yalanlarıma.

Orda yatan mənəm bəlkə də,

Nə vaxt bitər təbirsiz yuxum?

Təkcə sənə zəhmət olmasın,

Oyaq halda yuxum gördüyüm.

Dünya, məni oyad bir daha,

Gəl, oyanış oynayaq birgə.

Axı həyat kartasiz qumar,

Borcda duran tək bir isirğa.

Tükənərmi tapmacaların?..

Sən və mən

Sən gülün içində rəqs edən şehsən,

Bir könlün pətində əyş eyləyən naz.

Mən günəş yanında yanan bir şamam,

Oxumaq anında səssiz bir avaz.

Sən göydə parlayan ən aydın ulduz,

Ağquş vəfasına taxılan tumar.

Mən yerin dibində göz açan köküm,

İlan vəfasına həsrət, intizar.

Bir-birimizə bəxtik, amma bilmərik,

Bu yaxın bəxti də gözə almırıq.

Qeybətlər, yırtıcılar şərpəsindənmi,

Könülə bir quş kimi vafa etmərik.

Əslində iki göz arasındakı en,

O qədər yaxınıq sənin ilə mən…

Nəğmə

Sən məni düşünəndə, səni düşünə bilsəm,

Yuxuna girdiyimi yuxumda görə bilsəm.

Gözlərinə də girib, çıxmaram deyib durub,

Ürəyindən yer alıb, köksündə döyə bilsəm.

Birisinə boy olsan və özgəni düşünsən,

Etirafin söyləsən, fikrini əyə bilsəm.

Fikrin, zikrini əysəm, elə bir məclis qursam,

İçində də otursam, üzünü görə bilsəm.

Halını görüb əftada, ənduhlardan da taza,

Məhrindən içib bada, əyşimi sürə bilsəm.

Saman atından enib, qoysan bir göz toqquşub,

Can deyə cana qoşub, canını vura bilsəm.

Mən əvvələm, axıram, könlündə müsafirəm,

Nə istəyirsən Nasirdən, qaşında gülə bilsəm?

Nəvaiyi oxusam

Nəvaini oxusam əgər,

Hər söz nəva ilə gəlir.

Bir nəva ki qat-qat hikmət,

Sehri səfa ilə gəlir.

Nəvasız bu nazm bəsdir,

Ki guya səbzərəng xəsdir,

Hər lütf də xöşnəfəsdir,

Ömrüm səvda ilə gəlir.

Nə zamanlar nərəsindən,

Həm günəşi zərrəsindən,

Söz dünyası qəznəsindən,

Ləfzi ləylə ilə gəlir.

Verib dilə ixtiyarlar,

Ah çəkər aşiqi zarlar,

Ki Məcnun kimi əbgarlar,

Aqil rəsa ilə gəlir.

Həm şəriət, həm təriqət,

Həm mərifət, həm həqiqət,

Vətən kimi sonsuz xilqət,

Şərhi məna ilə gəlir.

Ey Nasir, özünü xürrəm tut,

İnsanlığı mükərrəm tut,

Təkcə məhrini sən cəm tut,

O nur sima ilə gəlir.

* * *

Azabsevər, qəmpərəstəm,

Ürəyimə girdi o Qəza.

Belə ölüm, belə hasrəti,

Məgər Tanrı verdimi cəza?!

Çörək istəməyə yetmədən səsi,

Əl uzadan qartalgöz uşaq.

Ey Allahim,

məgər sən razı?!

Günahsızlar çəkir fəryad, ah!

Dünya fəryad gəzən sonsuzluq,

Qan istəyən elə xətamı?

Fələstində müharibə gedir,

…Ağrıyır ruhu Adəm Atanın.

Budur meydan,

Təsvir də aydın,

Gözlərimi yumub dururam.

Kəfənlər uçacaq durmadan,

Hər biri xalq,

hər biri vətən...

Burda qanlı pəncə izləri,

Cırmaqlanar bir dərdli niza.

Müdhiş xəbər, şəkil sözləri…

Ürəyimə girdi o Qəza.

İndi necə xoşbəxt olaram?!

Özbək dilindən tərcümə edən: Rəhmət Babacan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri