Icma.az
close
up
RU
Natiq Cəfərli: Azərbaycanda vergi borcları ilin əvvəlindən 22,4 faiz artıb

Natiq Cəfərli: Azərbaycanda vergi borcları ilin əvvəlindən 22,4 faiz artıb

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda vergi borclarının həcmi ilin ilk yarısında 741,6 milyon manat artaraq 4 milyard 50,4 milyon manata çatıb.

Gununsesi.info-nun xəbərinə görə, iqtisadçı Natiq Cəfərli bu barədə fikirlərini bildirib.

O bildirib ki, rəsmi məlumata görə, 2026-cı il iyulun 1-nə Azərbaycanda vergi borclarının həcmi 4 milyard 50,4 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 741,6 milyon manat və ya 22,4 faiz çoxdur.

Cəfərli vergi borclarının artmasının səbəblərinin araşdırılmasının vacib olduğunu vurğulayıb:

“Yaxşı, niyə artıb, kimdir borclular?!”

İqtisadçının sözlərinə görə, dövlət şirkətləri arasında da böyük vergi borcu olan müəssisələr var.

O qeyd edib ki, bu istiqamətdə ayrıca təsnifat aparılmasa da, “Azərenerji”, keçmiş “Azərsu” kimi şirkətlərin böyük vergi borcları həmişə olub və hazırda da var.

Cəfərlini narahat edən əsas məqam isə özəl şirkətlərin vergi borclarının artmasıdır. Onun fikrincə, bu, özəl sektorun dövriyyə və gəlirlərinin azalmasına işarə edə bilər.

“Dövriyyə-gəlir azalıbsa, deməli yeni yatırımlar etmirlər. İnvestisiya yoxdursa və ya azdırsa, deməli yeni iş yerləri yaranmır, iqtisadi aktivlik yavaşlayır”, – deyə iqtisadçı yazıb.

Natiq Cəfərli hesab edir ki, bütün bu proseslərin kökündə iqtisadi artımın zəifləməsi və ölkədə daha az əlavə dəyərin yaradılması dayanır. O, bunun səbəbləri sırasında vergi, rüsum və cərimə siyasətini, eləcə də iqtisadi aktivliyi təşviq edən stimulların zəif olmasını göstərib.

İqtisadçı paylaşımında iqtisadi vəziyyətlə yanaşı, ölkədəki ictimai-siyasi gündəmlə bağlı da müqayisə aparıb.

O yazıb ki, vaxtilə Ermənistan tarixini “marazm səviyyəsində” müzakirə etdiyi halda Azərbaycan iqtisadi aktivliyin pikini yaşayırdı.

Cəfərlinin fikrincə, hazırda Azərbaycan da tarixi diskursa həddindən artıq fokuslanarkən Ermənistan iqtisadi bum yaşayır.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Avqust 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri