NATO Belçikaya pilotsuz təyyarələrlə mübarizədə kömək edəcək
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
NATO-nun baş katibi Mark Rutte Belçikanın müdafiə naziri Teo Frankenlə Belçikanın hava məkanında pilotsuz təyyarə insidentlərini müzakirə edib və onlarla mübarizədə alyansa kömək edəcəyinə söz verib.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, noyabrın 4-də Belçikanın hər üç hava limanı Brüssel, Lyej və Şarlerua hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) görünməsi səbəbindən təxminən iki saat bağlanıb. Eyni zamanda, ABŞ-dən bu yaxınlarda alınan F-35 qırıcılarının yerləşdiyi Floren Hava Bazasının səmasında və ABŞ-nin taktiki nüvə silahlarının saxlandığı Kleine Brogel aviabazasının üzərində naməlum pilotsuz təyyarələr müşahidə edilib.
Franken Vaşinqton müqaviləsinin NATO ölkələri ilə təhlükəsizlik üzrə məsləhətləşmələri nəzərdə tutan 4-cü maddəsini aktivləşdirmək niyyətində olduğunu açıqlayıb.
Belçikanın baş naziri Bart de Vever məsələni müzakirə etmək üçün noyabrın 6-da Milli Təhlükəsizlik Şurasının iclasını çağıracağını açıqlayıb.
Gülşən Şərif
Baxış sayı:96
Bu xəbər 06 Noyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















