NATO nun məxfi hesabatı sızdı: Avropanın təhlükəsizlik xəritəsi dəyişəcək
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
NATO Rusiyanın yeni nüvə enerjisi ilə işləyən, məhdudiyyətsiz mənzilli strateji qanadlı “Burevestnik” raketlərini təhlükəsizlik üçün ciddi təhlükə hesab edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri Şimali Atlantika Alyansının məxfi hesabatına istinadən məlumat yayıb.
“Rusiyanın nüvə arsenalının modernləşdirilməsi başa çatıb. Hazırda Moskvanın bir neçə təkmilləşdirilmiş silahı var, o cümlədən sualtı qayıqlar, qanadlı raketlər və orta mənzilli raketlər”, – hesabatda deyilir.
Həmçinin hesabata görə, artıq yerləşdirməyə hazır olan Rusiyanın yeni “Burevestnik” raketləri xüsusilə narahatlıq doğurur.
“NATO kəşfiyyatı onların ciddi təhlükə yaratdığına inanır, çünki onlar yüksək manevr qabiliyyətinə malikdirlər, saatda 900 kilometr sürətə çata bilirlər və mobil buraxılış qurğularından buraxıla bilirlər. Bu Avropanın təhlükəsizlik xəritəsini fəyişə bilər. “Burevestnik” hədəfinə çatana qədər uzun müddət orbitə çıxa bilir”, – hesabatda qeyd olunur.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 16 Noyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















