Icma.az
close
up
RU
NATO Rusiya sərhədi yaxınlığında hərbi təlimlərə başladı

NATO Rusiya sərhədi yaxınlığında hərbi təlimlərə başladı

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Polşanın Varmin-Mazur vilayətində, Rusiyanın sərhədindən cəmi 70 kilometr məsafədə, NATO qüvvələrinin TUMAK-24 adlı taktiki təlimləri başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın PAP https://www.pap.pl/en agentliyi məlumat yayıb.  

Təlimlərdə 2,5 mindən çox Polşa ordusu və NATO hərbçisi iştirak edir.  

850 texnika vahidi cəlb olunub.  

Təlimlər 2 dekabr tarixinə qədər davam edəcək. Əsas mərhələdə Kempno gölü üzərində tankların keçidi sınaqdan keçiriləcək.  

Bundan əlavə, NATO-nun növbəti hərbi manevrləri "Şimşək" (Picne) adı ilə Estoniyada baş tutacaq. Təlimlər 2-15 dekabr tarixlərində, əsasən ölkənin şimal və şimal-şərqində keçiriləcək. Burada 2 minə yaxın hərbçi iştirak edəcək. Qatılan ölkələr:  

- Böyük Britaniya  

- Latviya  

- ABŞ  

- Fransa  

- Estoniya  

Əsas məqsəd münaqişə zonasına qüvvələrin operativ şəkildə yerləşdirilməsinin mexanizmlərini sınaqdan keçirməkdir.  

14 noyabrda isə NATO və İsveç Baltik dənizində "Dynamic Merlin 24” adlı təlimlər keçirib. Burada sualtı qayıqların aşkarlanması və izlənməsi metodları yoxlanılıb. Təlimlərdə İsveç Donanması və NATO-nun SNMG1 (1-ci Daimi Dəniz Qrupu) iştirak edib. Təlimə qatılan ölkələr arasında Belçika, Fransa, Niderland və Böyük Britaniya da olub. İştirakçılar arasında korvetlər, freqatlar, helikopterlər və təyyarələr yer alıb.  

Bu təlimlər NATO-nun Şərqi Avropada hərbi mövcudluğunu gücləndirmək və potensial təhlükələrə qarşı hazırlıq səviyyəsini artırmaq məqsədini güdür. Baltikyanı regionda keçirilən tədbirlər isə regionun strateji əhəmiyyətini bir daha təsdiqləyir.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri