Naxçıvan birinciliyində 120 idmançı 16 dəst mükafat uğrunda mübarizə aparıb FOTO
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Naxçıvan şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
İdman.Biz xəbər verir ki, yarışda 7 klubdan 120-yə yaxın idmançı ümumilikdə 16 dəst mükafat uğrunda mübarizə aparıb.
İdmançılar müvafiq yaş kateqoriyaları və çəki dərəcələrində olimpiya sistemi əsasında yarışıblar. Kadetlər arasında Mahir Cəfərov (25 kq), Məhəmməd Talıbov (28 kq), Həsən Quluzadə (32 kq), Nəsir Əliyev (37 kq), Orxan Xəlilli (42 kq), yeniyetmələrdə Uğur Məmmədli (37 kq), Ülvi Əliyev (42 kq), Ələmdar Nəcəfov (45 kq), Hidayət Məmmədzadə (47 kq), Ayhan Xəlilli (52 kq), Amin Nəcəfli (55 kq), Kamil Dadaşov (60 kq), gənclərdə isə Tayfur Əliyev (50 kq), Tunar Nəsirli (55 kq), Sinan Kazımov (60 kq) və Ziya Məmmədzadə (65 kq) birinci yeri tutublar.
İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 28 Noyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















