Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universiteti tələbə qəbulu göstəricisinə görə rekorda nail olub

Naxçıvan Dövlət Universiteti tələbə qəbulu göstəricisinə görə rekorda nail olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 16 sentyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinə builki tələbə qəbulu universitetin yaranmasından bu günə qədər ən rekord göstərici olub. Eyni zamanda 600-700 intervalında bal toplayanlardan Naxçıvan Dövlət Universitetini seçən tələbələrin sayı da rekord həddə çatıb. Ötən il bu rəqəm həmin intervalda 41 tələbəni əhatə edirdisə, bu il 152-yə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev jurnalistlərə müsahibəsində deyib.

Rektor qeyd edib ki, ötən il və builki tədris ilində 600-700 intervalında bal toplayan tələbələrin müəllimlik ixtisasını seçməsi sevindiricidir: "Xüsusilə bu il riyaziyyat müəllimliyi ixtisasında 600-dən yuxarı bal toplamış tələbələrin gəlişi və onların gələcək hədəf kimi məhz riyaziyyat müəllimliyini seçməsi bizim üçün gələcəkdə pedaqoji hazırlığın da keyfiyyətinə öz təsirini göstərəcək. Eyni zamanda iqtisadiyyat, mühəndislik ixtisaslarına tələbə qəbulundakı yüksək nəticələr də həm bizi sevindirir, həm də qarşımıza böyük vəzifələr qoyur".

Rektorun sözlərinə görə, universitetdə əcnəbi tələbə qəbulunun coğrafiyası da genişlənib:

“Bu günə qədər əgər 15 ölkədən tələbə qəbul edirdiksə, bu il bu rəqəm 20-dən artıq olub. Bu gün ölkə üzrə NDU 2 minə yaxın əcnəbi tələbəsi olan lider universitetlərdən sayılır. Təkcə bu il 200-dən artıq tələbə qəbulunu həyata keçirmişik və ilin sonuna kimi bu rəqəm dəyişilə də bilər, eləcə də tədris ilində yeni əcnəbi tələbə gəlişini də gözləyirik” - deyə Elbrus İsayev əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 03:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri