Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetində dekan müavini tələbələrə qarşı zorakılıq edib? RƏSMİ MÜNASİBƏT

Naxçıvan Dövlət Universitetində dekan müavini tələbələrə qarşı zorakılıq edib? RƏSMİ MÜNASİBƏT

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Naxçıvan Dövlət Universitetində (NDU) gərginlik artmaqdadır.

Oxu.Az xəbər verir ki, universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin birinci kurs tələbələrinin dekan müavini Abbas Əhmədovun onlara qarşı fiziki zorakılıq və təhqirlər etdiyi, hətta bir tələbəni pilləkəndən itələyərək ağır xəsarət almasına səbəb olduğu haqqında iddiaları sosial şəbəkədə müzakirə mövzusu olub.

İddiaya görə, mayın 8-də müəllimə Aysel Quliyevanın təşəbbüsü ilə tələbələrin bir araya gələrək ünsiyyət qurması üçün ayrılmış məkanda təşkil olunan görüş zamanı Abbas Əhmədov zorakılıq edərək, dövlətə məxsus əşyaları sındırıb, tələbə və müəllimlərə qarşı təhqir və psixoloji təzyiq göstərib, hətta əraziyə polis çağırılıb. Hadisədən üç ay keçməsinə baxmayaraq, dekan müavinin hərəkətləri ilə bağlı heç bir addım atılmayıb.

Bundan əlavə, paylaşımda qeyd olunub ki, tələbələrin ən çox etiraz etdikləri məqam müəllimə Aysel Quliyevanın polis çağırdığı üçün işdən azad olunmasıdır. Onlar müəllimənin işə bərpa olunmasını və Abbas Əhmədovun vəzifəsindən azad olunmasını tələb ediblər.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Naxçıvan Dövlət Universitetindən bildirilib ki, sosial şəbəkədə paylaşılan yazı tamamilə əsassızdır.

"Yazının tələbələr tərəfindən deyil, Aysel Quliyevanın özü tərəfindən yazıldığı sübut edilib.

Məlumat üçün bildiririk ki, Aysel Azər qızı Quliyeva 2024-cü il sentyabrın 11-də rektorluğun müvafiq əmri ilə bir il müddətinə universitetin Beynəlxalq münasibətlər kafedrasında 0.5 ştat müəllim vəzifəsinə təyin olunub.

Əmək fəaliyyəti dövründə tədris prosesinə məsuliyyətsiz yanaşdığı, dərs cədvəlinə və əmək intizamına riayət etmədiyi, mütəmadi olaraq gecikmələrə və izahat verilmədən dərsləri buraxmasına yol verdiyi müşahidə olunub. Bununla yanaşı, iş yoldaşları və rəhbərliklə əməkdaşlıqda çətinliklər yaşanmış, əmək intizamı qaydalarına uyğun olmayan davranışları barədə ona dəfələrlə xəbərdarlıq edilib.

Bu il mayın 8-də isə Aysel Azər qızı Quliyeva tərəfindən əsassız şəkildə, heç bir real fakta əsaslanmadan, universitetin tədris binasında baş vermədiyi tam şəkildə sübuta yetirilmiş uydurma bir hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib. Naxçıvan Şəhər Polis İdarəsinin apardığı araşdırma nəticəsində bu məlumatın həqiqətə uyğun olmadığı, yalan və ictimai rəyi çaşdırmaq məqsədi daşıdığı müəyyən edilib.

Qeyd olunan hallar əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin kobud şəkildə pozulması ilə yanaşı, "Təhsilverənlərin etik davranış Qaydaları"na zidd hərəkətlərdir. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq, müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul edilib və bu barədə ona müvafiq qaydada məlumat verilib.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq, müddətli əmək müqaviləsinin bitməsi əmək münasibətlərinə xitam verilməsinin hüquqi əsasını təşkil edir və işəgötürənin bu barədə qərar qəbul etmək səlahiyyəti var. Bununla belə, qeyd olunan qeyri-etik və əsassız davranışlar əmək müqaviləsinin yenilənməməsi üçün əlavə əsaslar təşkil edib", - deyə açıqlamada vurğulanır.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Avqust 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri