Icma.az
close
up
RU
Naxçıvan xəbərləri

Naxçıvan xəbərləri

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Vətəndaş qəbulu keçirilib

Dekabrın 19-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

Səlahiyyətli nümayəndə şəhər sakinlərinin, o cümlədən şəhid ailəsi üzvləri və qazilərin hər birini fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Vətəndaşların qaldırdıqları problemlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, məsələlərin həlli nəzarətə götürülüb.

Bildirilib ki, müraciətlərin hər biri protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Liderlik və inkişaf platforması 

Dünən Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan birinci liderlik və inkişaf platforması” çərçivəsində təlim və intelektual oyun təşkil olunub. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli liderlik bacarığına yiyələnmək üçün səbr, dözüm və özünüinkişaf kimi amillərin əhəmiyyətindən danışıb. O bildirib ki hər kəs daim fərdi inkişafını diqqətdə saxlamalı, müasir dövrün tələbləri ilə uyğunlaşmağa çalışmalıdır. 

İkinci Qarabağ müharibəsindəki parlaq qələbənin hər bir azərbaycanlının milli qürur hissini daha da yüksəltdiyini vurğulayan Fuad Nəcəfli bu zəfərin qazanılmasında önəmli rol oynamış gənclərimizin bundan sonra da qarşılarına qoyduqları məqsədə çatacaqlarına inamını ifadə edib. Səlahiyyətli nümayəndə qeyd edib ki, məqsədə çatmaq üçün səy və mübarizənin davamlılığı həlledici şərtdir. 

“Naxçıvan Təlim Mərkəzi” İdarə Heyətinin sədri Tağı Tağızadə ­2023–2027-ci illədər muxtar respublikanın sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrasına dəstək vermək üçün yaradılmış bu qurumun fəaliyyətindən söz açıb. O bildirib ki, mərkəz muxtar respublikanın dövlət orqanlarında çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar yetkinliyi üçün müxtəlif mövzularda kurslar və təlimlər keçirir, peşə qabiliyyətlərinin yüksəldilməsinə çalışır.

Muxtar Respublika Teleradio Verilişləri QSC sədrinin müavini İlhamə Novruzova “Effektiv kommunikasiya və liderlik bacarıqları” mövzusunda təlim kecib, iştirakçılar interaktiv tapşırıqları icra ediblər. Sonra Azərbaycan Gənclər Fondu Naxçıvan filialının təşkilatçılığı ilə “Kim, nə, harada?” intellektual oyunu keçirilib. Fərqlənən iştirakçılara sertifikatlar, intellektual yarışının qaliblərinə isə mükafatlar təqdim olunub. 

Liderlik və inkişaf platformasının təqdimatı “Ləzzət Qida Sənaye" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Alya” kitab mağazasının dəstəyi ilə gerçəkləşib.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2024 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see206

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see203

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see177

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see170

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see169

ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026 03:06see169

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

13 Avqust 2026 04:05see168

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see167

“Apache” qəzaya uğradı Ölənlər var Video

13 Avqust 2026 04:14see166

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see164

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see163

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see163

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see153

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see151

BMT Baş katibinin ofisi bildirib ki, Quterreş Yaxın Şərqdəki vəziyyətə diqqətlə yanaşır

13 Avqust 2026 08:14see151

Maşınla vurulan piyada xəstəxanada öldü Foto

13 Avqust 2026 10:03see150

Fidan Liviyada böhrandan çıxış yollarını müzakirə edib

13 Avqust 2026 02:25see145

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see143

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see142

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri