Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı Nazlı Nəcəfovanın 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı Nazlı Nəcəfovanın 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 17 noyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin deputatı, Naxçıvan MSSR-in Əməkdar müəllimi, tanınmış maarifçi Nazlı Nəcəfovanın 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə görkəmli pedaqoq Nazlı Nəcəfovanın Naxçıvan şəhərində yerləşən məzarı ziyarət olunub.

Konfransda Nazlı Nəcəfovanın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tanınmış maarifçi Nazlı Nəcəfovanın qadınların təhsil imkanlarının genişlənməsi, maarifçilik ideyasının yayılması və cəmiyyətin tərəqqisi naminə mənalı ömür sürdüyünü qeyd edib. O, cəhalətə qarşı mübarizə aparan Nazlı Nəcəfovanın nümunə olaraq tələbələrə tanıtmağın vacibliyini vurğulayıb.

Rektor qeyd edib ki, qadın azadlığının məhdud olduğu dövrdə Nazlı Nəcəfovanın keçdiyi çətin sınaqlarla dolu yolun arxasında xalqa, millətə sevgi və əsl vətənpərvərlik hissləri dayanırdı. O, Azərbaycan maarifçilik mühitinin inkişafına böyük töhfələr verib. İrəvan və Naxçıvanda qızlar üçün məktəblərin açılmasında əməyini əsirgəməyən Nazlı Nəcəfovanın həyat və yaradıcılığı universitetdə təhsil alan tələbələr üçün geniş araşdırma mövzusudur.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov qadınların təhsilli cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən biri olduğunu vurğulayıb. Bildirib ki, qızların təhsilinə dəstək verilməsi yalnız fərdi inkişaf üçün deyil, həm də bütövlükdə, cəmiyyətin tərəqqisi üçün böyük əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Nazlı Nəcəfovanın muxtar respublikada qadınların təhsili və inkişafı istiqamətində ozamankı çətin dövrlərdə atdığı addımların çox mühüm işlər olduğunu vurğulayıb. Komitə sədri qeyd edib ki, gənc qızların təhsilinə qoyulan sərmayə onların cəmiyyətin sosial-iqtisadi inkişafında daha fəal iştirakına şərait yaradır. Ramilə Seyidova bildirib ki, təhsil imkanlarının genişləndirilməsi ölkənin gələcək rifahı və dayanıqlı inkişafı baxımından prioritet məsələdir.

Naxçıvan Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Sevinc Abbasova görkəmli pedaqoq Nazlı Nəcəfovanın yaradıcılığının bugünkü qadınların ictimai fəaliyyətinə işıq saçdığını söyləyib. Onun fədakar fəaliyyəti bu gün bir dərslik rolunu oynayır. Öz elmi araşdırmalarına toxunan Sevinc Abbasova Nazlı Nəcəfovanın həyat və yaradıcılığından da ilhamlandığını diqqətə çatdırıb. Müəllifi olduğu “Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi” adlı kitabını maarifpərvər ziyalının nəticəsi Cabbar Hüseynliyə hədiyyə olaraq təqdim edib.

Nazlı Nəcəfovanın nəticəsi, elm və təhsil sahəsi üzrə Prezident mükafatçısı Cabbar Hüseynli görkəmli elm fədaisi Nazlı Nəcəfova haqqında səsləndirilən dəyərli fikirlərə və konfransın yüksək səviyyədə təşkilinə görə ailəsi adından minnətdarlığını bildirib.

Sonda NDU-nun Fizika-riyaziyyat fakültəsinin Fizika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Əsmər Mikayılovaya ilk dəfə təsis olunan “Nazlı xanım Nəcəfova adına tələbə təqaüdü” təqdim edilib.

Tədbirdən sonra Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində Nazlı Nəcəfovanın adını daşıyan auditoriyanın açılışı olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri