Icma.az
close
up
RU
Naxçıvanda investorlar üçün yeni interaktiv portal istifadəyə verilib

Naxçıvanda investorlar üçün yeni interaktiv portal istifadəyə verilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Sahibkarlar Günü və “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvanda “Konstitusiya və Suverenlik - Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda konfrans və “İnvest in Nakhchivan” veb-səhifəsinin təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat zamanı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Elşən Cəfərli “2023–2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan "Invest in Nakhchivan" veb-səhifəsinin hazırlanması istiqamətində yaradılan “nakhinvest.az” portalının əsas məqsədinin Naxçıvanın investisiya potensialını tanıtmaq, investorları məlumatlandırmaq və investisiya cəlbini təşviq etmək olduğunu bildirib.

Qeyd edilib ki, portal bir neçə bölmədən ibarətdir. Burada muxtar respublikanın iqtisadiyyatı haqqında, investisiya mühiti, investorlar üçün təşviqlər və dəstək tədbirləri, qüvvədə olan normativ-hüquqi qanunvericilik aktları, sahibkarlıq fəaliyyətinə necə başlamaq, iqtisadiyyatın sektorları üzrə investisiya imkanları, həmçinin hazır investisiya layihələri, özəlləşdirilməyə çıxarılan müəssisələr və sahələr üzrə təklif olunan layihələr haqqında məlumat verilib.

Həmçinin muxtar respublikada yaradılmış və yaradılması nəzərdə tutulan sənaye məhəllələri, sənaye parkları və iqtisadi zonalar və orada tətbiq edilən güzəştlər haqqında məlumatlar da yerləşdiriləcək.

Bildirilib ki, portalı ziyarət edən sahibkarlar və investorlar öz təkliflərini də paylaşmaq imkanı əldə edəcəklər. Təqdim olunmuş investisiya layihələri qiymətləndiriləcək, onun texniki əsaslandırılması aparılacaq və bunların əsasında rəy veriləcəkdir. Muxtar respublikanın interaktiv xəritəsi vasitəsilə portalın ziyarətçiləri muxtar respublikanın rayonları üzrə ayrılıqda investisiya təklifləri və imkanları haqqında da məlumat əldə edə biləcəklər.

Portalda aidiyyəti dövlət orqanlarının internet ünvanlarına link vasitəsilə müraciət etmək olur. Portal Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir və istifadəçilərə interaktiv, funksional və şəffaf xidmət göstərməyi hədəfləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see281

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see229

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see209

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see206

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see170

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see135

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see119

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see116

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see114

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see114

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri