Icma.az
close
up
RU
Naxçıvanda probasiya qeydiyyatında olan şəxslərə hüquqi və psixoloji yardım göstərilib

Naxçıvanda probasiya qeydiyyatında olan şəxslərə hüquqi və psixoloji yardım göstərilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 18 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin “Konstitusiya və Suverenlik İli” ilə bağlı təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, aprelin 18-də İcra və Probasiya Xidmətinin təşkilatçılığı ilə probasiya qeydiyyatında olan şəxslər üçün “Probasiya nəzarəti tətbiq edilmiş şəxslərin sosial adaptasiyası və reabilitasiyası, peşə və təhsil imkanlarının genişləndirilməsi, məşğulluq imkanlarının artırılması, hüquqi və psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə iştirak edən şəxslərə muxtar respublika Vəkillər Kollegiyasının

vəkilləri və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssisləri tərəfindən pulsuz hüquqi və psixoloji yardım göstərilib.

Tədbirdə İcra və Probasiya Xidmətinin rəisi İntiqam Vəliyev qeyd edib ki, probasiya qeydiyyatında olan şəxslərin hüquqi maarifləndirilməsi, sosial adaptasiyası və reabilitasiyası, peşə və təhsil imkanlarının genişləndirilməsi, məşğulluq imkanlarının artırılması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə təşkil edilən tədbir məhkum olunmuş şəxslərə pulsuz hüquqi və psixoloji yardımın göstərilməsi məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, “ASAN” Vəkil Bürosunun vəkili Azad Rəcəbov bildirib ki, bu gün hər bir vətəndaşın yüksək səviyyədə hüquqi yardım almaq hüququ dövlət tərəfindən təmin olunur. Həmçinin, dövlət vətəndaşların müdafiə hüququnun dövlət vəsaiti hesabına təmin edilməsi istiqamətində mühüm addımlar atır.

Sonra Vəkillər Kollegiyasının vəkilləri probasiya qeydiyyatında olan bir qrup şəxslə fərdi görüşlər keçirib, onları maraqlandıran hüquqi məsələlərlə bağlı sualları cavablandırıblar. Mülki və cinayət qanunvericiliyi ilə bağlı izahatlar verilib, həm yazılı, həm də şifahi məsləhətlər təqdim olunub.

Tədbir çərçivəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin psixolojiekspertiza bölməsinin böyük eksperti Fariz Səyyadov da psixoloji yardıma ehtiyacı olan şəxslərlə fərdi görüşlər keçirib və onlara müvafiq dəstək göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri