Naxçıvanda Ulu Öndərin xatirəsinə həsr olunan idman tədbirlərinə start verilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvan, 5 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı idman yarışları keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu münasibətlə keçirilən ilk idman yarışı şahmat üzrə olub. Naxçıvan Şahmat Mərkəzində reallaşan turnirdə müxtəlif yaş qruplarına məxsus 35 zəka sahibi iştirak edib.
Açılış tədbirində nazirliyin şöbə müdiri Taleh İbrahimov yarışın məqsəd və əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Yarışın baş hakimi Tural Zeynalov reqlament barədə məlumatları diqqətə çatdırıb. Sonra mübarizəyə start verilib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarış mayın 10-da yekunlaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 May 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















