Naxçıvanda verilən kreditlərin 70% i istehlak kreditləri olub
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ümumilikdə 31 milyon 783,3 min manat kredit verilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, verilən kreditlərin 69,6%-ni və ya 22,2 milyon manatını istehlak kreditləri təşkil edib.
Qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kredit qoyuluşu 3,8 milyon manat və ya 10,7% azalıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehlak kreditlərinin xüsusi çəkisi isə artıb. Belə ki, 2024-cü ilin noyabr ayında verilən ümumi kreditlərin 66,6%-i istehlak kreditləri olub.
Onu da bildirək ki, ötən ilin noyabr ayında verilən kreditlərin 5,1%-i (1,6 milyon manat) sənaye, 0,1%-i (12,7 min manat) tikinti, 1,2%-i (366,5 min manat) ipoteka, 18,3%-i (5,8 milyon manat) ticarət və xidmət, 4,4%-i (1,4 milyon manat) isə kənd təsərrüfatı sahələrinə ayrılıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Naxçıvanda sahibkarlara verilən güzəştli kreditlərin məbləği 3,4 dəfə artıb
13 Avqust 2025 11:56
Naxçıvanda problemli kreditlərin məbləği azaldılıb
13 Avqust 2025 13:38
Naxçıvanda 9 ayda 70 dövlət əmlakı özəlləşdirilib
22 Oktyabr 2025 09:43
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı artıb
06 Dekabr 2024 11:59
Baxış sayı:28
Bu xəbər 12 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















