Icma.az
close
up
RU
Vətən müharibəsindən sonra...

Vətən müharibəsindən sonra...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mina terrorunun qurbanlarının sayı 387 nəfərə çatıb

Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan  xeyli sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. Ermənistanın mina terroru hələ də davam edir. Belə ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində aprelin 2-də mina partlayışı hadisəsi baş verib. Bu barədə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir. Məlumata görə, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov  heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.

BMT: Çox narahatıq

Azərbaycan mina terror ilə bağlı dünya ictimaiyyətini məlumatlandırır. Ölkəmiz beynəlxalq birliyin Ermənistanın bu cinayətini pisləməyə və minatəmizləmə işlərinə dəstək verməyə çağırır. Yeri gəlmişkən, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik medanın sualını cavablandırarkən deyib ki, minalar səbəbindən insanların yaralanmasından çox narahatıq. S.Düjarrik aprelin 2-də Ağdam rayon sakininin piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alması ilə bağlı araşdırma aparacağını bildirib: “Bu məsələni nəzərdən keçirəcəyəm. Biz dünən yenidən piyada əleyhinə minalara qarşı beynəlxalq müqavilələrin əhəmiyyətinə toxunduq. 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı Günü ərəfəsində bu mövzu ilə bağlı mətbuat konfranslarımız olacaq”.

Xatırladaq ki, BMT Baş katibi Antonio Quterreş ötən ilin noyabr ayında Azərbaycanın Qarabağ regionunda minatəmizləmə səylərinin BMT üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, uzun illərdir BMT-nin İnkişaf Proqramı (UNDP) bölgədə bu istiqamətdə fəaliyyət göstərir. Amma UNDP-nin bölgəni minalardan təmizləmə səyləri və baş verən insidentlər barədə heç bir məlumat verməməsi sual doğurur.

XİN: Regionda sülh və sabitliyə əsas maneə

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi sosial media hesabında növbəti mina hadisəsi ilə bağlı  paylaşım edib. Paylaşımda bildirilib ki, Ermənistan tərəfindən məqsədyönlü və fərq qoyulmadan basdırılmış minalar azərbaycanlı mülki əhalinin təhlükəsizliyini və rifahını ciddi təhlükə altına almaqda davam edir. Qeyd edilib ki, Ağdamda daha bir mülki şəxs mina partlayışının qurbanı olub. 2020-ci ildə müharibənin bitməsindən bəri mina partlayışları nəticəsində, ümumilikdə, 387 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Bu fakt mina təhlükəsinin insan həyatı üçün davamlı və dağıdıcı təsirini bir daha vurğulayır. “Minaların geniş yayılması regionda sülh, barışıq və sabitliyə əsas maneə yaradır. Biz beynəlxalq ictimaiyyəti bu kritik problemin həllində ciddi siyasi və praktiki dəstək verməyə çağırırıq”,-deyə paylaşımda vurğulanıb.

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da yerli mediaya müsahibəsində bu problem toxunub. S.Əliyeva bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə, Vətən müharibəsi zamanı və torpaqlarımızın azad edilməsindən sonra, hətta 2021-ci ildə Ermənistanda istehsal olunmaqla ərazilərimizdə basdırılmış çoxsaylı mina və partlamamış hərbi sursatlar hələ də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Baş vermiş mina partlayışları nəticəsində yalnız hərbi qulluqçular deyil, çoxsaylı mülki şəxslər, öz xidməti vəzifələrini və peşə borclarını yerinə yetirmək üçün işğaldan azad edilmiş bölgələrə ezam olunmuş insanlar, o cümlədən media nümayəndələri mina terrorunun qurbanı olublar. Belə ki, statistik məlumatlara əsasən, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur ki, bunların 359-u uşaq, 38-i qadındır. Bu rəqəmlər regionda ədalətli və dayanıqlı sülhün təmin edilməsi yolunda böyük bir maneə olan mina probleminin fundamental insan hüquqlarının kobudcasına pozulmasına səbəb olduğunu əyani şəkildə təsdiq edir.

Ombudsman: Mina terroru keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışını ləngidir

Ombudsman təəssüflə qeyd edib ki, Ermənistanın mina terroru çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti və bərpa işlərinə ciddi maneə yaradır. Bu isə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışını da ləngidir, nəticədə regionda sabitlik və inkişafın təmin olunmasına böyük əngəl törədir. Buna görə də dünya ictimaiyyəti hər kəsin yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə azərbaycanlılara qarşı mina terroru ilə mübarizədə fəal iştirak etməlidir. “Ölkəmizin işğaldan azad olunmuş ərazilərində mina təhlükəsinin mövcudluğunu beynəlxalq ictimaiyyətə çatdırır və onları bu məsələyə dair daha fəal mövqe tutmağa çağırırıq”,-deyən S.Əliyeva əlavə edib ki, Ombudsman təsisatı tərəfindən istər ölkə daxilində, istərsə də xaricdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə, beynəlxalq və regional təşkilatların nümayəndələri ilə görüşlərdə Azərbaycan həqiqətləri, o cümlədən Ermənistanın mina terroru barədə məlumatlar onların diqqətinə çatdırılıb. “Minatəmizləmə işlərinin sürətləndirilməsi üçün mina və digər partlamamış hərbi sursatlarla çirkləndirilmiş ərazilərin dəqiq xəritələrinin əldə olunması üzrə beynəlxalq müstəvidə əməkdaşlığın davam etdirilməsi, minadan zərər çəkən şəxslərin hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması ombudsman təsisatı olaraq bizim üçün cari ildə də əsas prioritetlərdən biri olacaq”, - deyə S.Əliyeva vurğulayıb.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri