Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Naxçıvanda “Məmməd Qasımov 100 il” adlı konfrans sərgi keçirilib

Naxçıvanda “Məmməd Qasımov 100 il” adlı konfrans sərgi keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 22 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycanın görkəmli teatr rəssamı, Naxçıvan Rəssamlar Təşkilatının ilk sədri, muxtar respublikanın Əməkdar incəsənət xadimi Məmməd Qasımovun 100 illik yubileyinə həsr olunmuş konfrans-sərgi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və Məmməd Qasımovun timsalında dünyasını dəyişmiş rəssamların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sənətkarın həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Naxçıvan Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mərhum rəssamın yaradıcılıq dünyasından bəhs edib. Bildirib ki, Məmməd Qasımovun 100 illik yubileyini qeyd etmək tanınmış sənətkara ehtiramın ifadəsidir. Bu yubiley tədbiri ömrünü yaradıcılığa həsr etmiş rəssamlarımıza da bir stimuldur. Məqsəd heç bir rəssamımızın unudulmamasıdır.

Sonra çıxışlar dinlənilib. Vurğulanıb ki, 44 illik teatr fəaliyyəti dövründə 107 tamaşanın quruluşçu rəssamı olan Məmməd Qasımov istər klassik və müasir Azərbaycan dramaturgiyasının, istərsə də müxtəlif dövrləri əhatə edən xarici dramaturgiyanın nəbzini çox gözəl duyan sənətkar kimi tanınıb. Üzərində çalışdığı hər bir əsərin ideyasını və ana xəttini düzgün qavrayan, pyesin bəhs etdiyi dövrü dərindən öyrənən və bununla da müəllif fikrinin, rejissor yozumunun tamaşaçıya çatdırılmasına vasitəçilik edən Azərbaycanın üç ən görkəmli teatr rəssamından biri olub. Uzun illər Azərbaycan Teatr Cəmiyyətinin – indiki Teatr Xadimləri İttifaqının üzvü olan və 1970-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilən Məmməd Qasımov bir il sonra Naxçıvanda rəssamlar təşkilatının yaradılması təşəbbüsünü irəli sürüb. 1971-ci ilin iyun ayında görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə dəstəyi ilə yaradılan Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatına məhz Ulu Öndərin tövsiyəsi ilə gənclik illərindən yaxşı tanıdığı Məmməd Qasımov ilk sədr seçilib. Bu təşkilatın formalaşmasında, Naxçıvanda Azərbaycanın və muxtar respublikada yaşayan tanınmış rəssamların fərdi sərgilərinin təşkilində, gənc istedadların istiqamətləndirilməsi və həvəsləndirilməsində onun danılmaz xidmətləri olub.

Qeyd edilib ki, teatr rəssamı kimi tanınan M.Qasımov portret, mənzərə və qrafika janrlarında da dəyərli əsərlər yaradıb, bir sıra karikaturaları dəfələrlə “Kirpi” jurnalında və müxtəlif qəzetlərdə dərc olunub. Məmməd Qasımov muxtar respublikanın ilk karikaturaçı rəssamı kimi də tanınmaqdadır. Quruluşçu rəssamı olduğu tamaşalar haqqında mütəmadi olaraq mərkəzi və yerli mətbuatda dərc olunan resenziyalarda Məmməd Qasımovun işi görkəmli teatrşünaslar və ədəbiyyatşünaslar tərəfindən həmişə müsbət rəylə yüksək qiymətləndirilib. Bir sıra alimlərin, teatr tədqiqatçılarının elmi əsərlərində – dissertasiya, monoqrafiya və məqalələrində görkəmli səhnə rəssamının yaradıcılığı da geniş işıqlandırılıb.

Azərbaycan Teatrları İttifaqı və Jurnalistlər Birliyinin üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov atasının xatirələrindən söz açaraq onun sənət yoluna göstərilən diqqət və dəyərə görə minnətdarlığını bildirib.

Sonda sənətkarın ərsəyə gətirdiyi dekor – geyim və qrim eskizləri, tamaşalarının afişaları, maketləri, eləcə də digər müxtəlif janrlı rəsmlərindən ibarət sərgiyə baxış olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri