Icma.az
close
up
RU
Naxçıvanın itkin şəhidi Sönməz Günəşə çevrilib Murovun buz kəsmiş zirvəsini əridən igid

Naxçıvanın itkin şəhidi Sönməz Günəşə çevrilib Murovun buz kəsmiş zirvəsini əridən igid

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 30 sentyabr, AZƏRTAC

Onun ən böyük sevgisi Vətənə idi. Belə olmasaydı hərbçi kimi çətin peşəyə ciddi-cəhdlə yiyələnməyə can atmazdı. Boyuna-buxununa da çox yaraşırdı hərbi forma... Söhbət Vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərmiş İbrahim Vəlizadədən gedir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İbrahim Vəlizadə 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2014-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb, 2018-ci ildə Türkiyədə təkmilləşdirmə kursu keçib. Təhsilini başa vuran kimi, leytenant hərbi rütbəsi alaraq Vətən torpağının keşiyini çəkməyə yollanıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi yüzlərlə qəhrəman oğul kimi, İbrahim də döyüşə atılıb. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə itkin düşüb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi şücaətə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə İbrahim Vəlizadə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

İtkin şəhidimizin Şərur şəhərindəki Şəhidlər xiyabanında büstü ucaldılıb.

Atası Səməd Vəliyev deyir ki, İbrahim uşaqlıqdan çalışqan, məsuliyyətli idi, orta məktəbdə dərslərini həvəslə oxuyardı: “Qiymətləri əla idi, müəllimləri razılıq edirdi. Arzusu isə hərbçi olmaqdı. Məqsədinə çatmaq üçün əzmlə çalışdı, 2012-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə keçirilən imtahanda ən yüksək balı topladı. Bir gün iş yerində idim, zəng gəldi. Tanımadığım nömrə idi. Telefonun o başında olan şəxs “Siz İbrahim Vəlizadənin atasısınız?” – deyə sual verəndə sözün düzü, zəng vuran şəxsə həyəcanlı şəkildə cavab verdim. “Xeyir, narahat olmayın, oğlunuz yüksək nəticə göstərərək Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub”, - dedi. Uğuru məni sevindirsə də, ondan ayrı qalacağım üçün sözün düzü, kədərləndim. Onu liseyə aparıb təhvil verdiyim gün əyninə geyinib getdiyi paltarları evə gətirdim. Anası Xurşud paltarları görəndə soruşdu ki, “Bəs uşaq nə geyinəcək, niyə bütün paltarlarını gətirmisən?”. Bu gündən İbrahim dövlətin, Vətənin balası oldu, nə lazımdırsa liseydə verdilər” deyəndə İbrahimin paltarlarını sinəsinə sıxıb həyətin lap aşağısındakı ağacın altına getdi”.

Xurşud xanım söhbətə qoşulur: “Paltarından balamın ətrini duyub için-için ağladım. Evə qayıdanda heç kim görməsin deyə göz yaşımı sildim və İbrahimə xitabən “gözümün nuru, sən Vətənin sönməz işığı ol”, – dedim. Həmin gün haradan bilərdim ki, cəmi 10 il sonra İbrahim sönməz Günəşə çevrilib Murovun buz kəsmiş zirvəsini əridəcək”.

“İbrahim kursant olandan sonra həftəsonları evə gələrdi. Ən sevdiyi yeməkləri bişirərdim. Hərbi forma boy-buxununa elə gözəl yaraşırdı ki... Hər qapıdan girəndə “Boyuna qurban kəsim”, – deyirdim. Hər həftəsonu evimiz onun gəlişi ilə bayram əhvali-ruhiyyəsinə bürünərdi. İllər çox tez ötdü, İbrahim böyüyüb kəndin yaraşıqlı oğlanlarından oldu. İdmanla məşğul olur, xarici dil öyrənirdi. Ürəyindən xüsusi təyinatlı olmaq keçirdi. Elə bu səbəbdən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olanda sevincinin həddi-hüdudu yox idi. Zəng vurub sevinə-sevinə dedi ki, arzuma çatdım. İntizamlı kursant kimi təhsilini uğurla başa vurdu. Vətən müharibəsi başlayanda 44 gün dua etdim ki, hamının övladı sağ-salamat qayıtsın. Kiminin balası bayrağı özünə kəfən bilib qayıtdı, kimisi gözünün nurunu, kimisi əlini, ayağını Vətənə qurban verib, kimisi bədəni qəlpə dolu qayıtdı. Amma İbrahimdən heç bir xəbər gəlmədi ki, gəlmədi” - deyərək göz yaşlarına qərq olur Xurşud xanım.

Bu gün Azərbaycan əbədi, tarixi zəfər qazanıb, öz ərazi bütövlüyünü, suverenliyini tam təmin edib. Bu zəfərdə yüzlərlə Vətən oğlunun ali məqsədi, ülvi arzusu yaşayır. İtkin şəhidimiz İbrahim Vəlizadənin ana-atasının gözləri yolda qalsa da, ürəkləri ona görə toxtaxtdır ki, Vətən müharibəsində 30 illik həsrətə son qoymaqla məqsədinə çatan, arzuları çin olan igidlər arasında onların övladları da var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri