Nazir: Azərbaycanla Türkiyənin birgə layihələri nəqliyyat logistika xəritələrini dəyişdirib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İkitərəfli və geniş tərkibli görüşlərimizdə bir daha iqtisadi sahədə əldə olunmuş uğurlar qeyd edildi”.
APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, bir sıra birgə layihələr həyata keçirilir: “Türkiyə şirkətləri tərəfindən indiyədək Azərbaycana 16 milyard dollardan çox investisiya qoyulub.
Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, artıq 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Bunların sırasında azad edilmiş ərazilərdə çox fəal fəaliyyət göstərən Türkiyə şirkətləri var. Mən bu Türkiyə şirkətlərinin fəaliyyətini xüsusi vurğulamaq istəyirəm”.
Nazir Azərbaycanla Türkiyənin birgə iştirakı ilə həyata keçirilən qlobal layihələrin nəqliyyat-logistika xəritələrini dəyişdirdiyini söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 18 Yanvar 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















