Fərid Qayıbovun təəssüfü: “Yaxşı xəbər verə bilməyəcəyəm” İdman və Biz
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda ənənəvi idman növü hesab olunan otüstü hokkeyin yenidən bərpası nəzərdə tutulmayıb.
İdman.biz xəbər verir ki, bu məlumatı gənclər və idman naziri Fərid Qayıbov ilin yekunları ilə bağlı görüşdə jurnalistlərə müsahibəsində deyib.
O, fəaliyyətini dayandıran federasiyanın bərpası ilə bağlı heç bir addımın atılmadığını bildirib: “Təəssüf ki, Otüstü Hokkey Federasiyası müəyyən problemlərə görə bağlanıb. Yeni federasiyanın açılması ilə bağlı bu gün yaxşı xəbər verə bilməyəcəyəm. Çünki irəliləyiş yoxdur. Bizdə müasir beşnövçülük və otüstü hokkey istisna olmaqla, bütün Olimpiya idman növləri inkişaf etdirilir”.
Qeyd edək ki, Azərbaycan komandaları SSRİ dövründə uzun illər ölkə çempionatının yüksək liqasında bir neçə komanda ilə təmsil olunublar. Müstəqillik illərində isə qadınlardan ibarət yığmamız Olimpiya Oyunlarına vəsiqə qazanmağa yaxın olub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 Dekabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















