Nazir: İşğaldan azad edilən ərazilərə köçürülən 6108 nəfərin məşğulluğu təmin edilib
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"160 mindən çox gənc "Peşələr festivalı"na qatılaraq müxtəlif peşələr üzrə əmək bazarının tələbləri, zəruri bacarıqlar və karyera imkanları barədə praktiki məlumatlar əldə edib".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi "PeşəFest"in yekun tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, bu ilin 9 ayında Dövlət Məşğulluq Agentliyi tərəfindən 371 min nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub:
"1500-dən çox peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib. İşğaldan azad edilən ərazilərə köçürülən sakinlərdən 6108 nəfərin məşğulluğu təmin edilib.
Onlardan 4533 nəfəri münasib iş yerləri ilə təmin olunub, 475 nəfər özünüməşğulluq proqramına cəlb edilib, 289 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına qatılıb".
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















