Icma.az
close
up
RU
Nazir: Maldiv Azərbaycanın davamlı infrastruktur layihələrinə investisiyalarında maraqlıdır MÜSAHİBƏ

Nazir: Maldiv Azərbaycanın davamlı infrastruktur layihələrinə investisiyalarında maraqlıdır MÜSAHİBƏ

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Maldiv adaları və Azərbaycan okeanların və məsafələrin ayırdığı, lakin oxşar məqsədlərin birləşdirdiyi iki ölkədir. Dayanıqlı inkişaf, infrastrukturun modernləşdirilməsi, iqlim dəyişikliklərinə uyğunlaşma və iqtisadi inkşafla təbiətin qorunması arasında balansın tapılması hər iki ölkə üçün aktual məsələlərdir.

Maldiv Respublikasının tikinti və infrastruktur naziri Abdulla Muttalib "Report"a müsahibəsində ikitərəfli əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi imkanları və yeni investisiya istiqamətləri haqqında danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Cənab nazir, Maldivin dayanıqlı urbanizasiya və kənd yerlərinin inteqrasiyası sahəsindəki təcrübəsinin hansı elementləri Azərbaycan üçün faydalı ola bilər?

- Bu gün Maldiv üçün əsas məsələ insanların kiçik adalardan daha böyük şəhərlərə köçürülməsidir. Biz faktiki olaraq sakinləri zəruri olan hər şeylə təmin edə və iqtisadi fəaliyyət mərkəzi rolunu oynaya biləcək yeni şəhər mərkəzləri yaradırıq.

Bu prosesdə biz Azərbaycanın həm özəl, həm də institusional investorlarının iştirakı üçün geniş imkanlar görürük. Azərbaycan güclü maliyyə və sahibkarlıq potensialına malikdir və onun iştirakı Maldivdə irimiqyaslı şəhər layihələrinin inkişafı üçün güclü təkan ola bilər.

Bununla yanaşı, ölkələrimizi turizm sahəsinə maraq da birləşdirir: Maldiv adaları ənənəvi olaraq premium istirahət istiqamətidir və azərbaycanlı iş adamlarının bu seqmentə marağı artır. Biz azərbaycanlı investorları Maldiv adalarını iqtisadi inkişafın ətraf mühitin qorunması ilə vəhdət təşkil etdiyi perspektivli "yaşıl layihələr" məkanı kimi nəzərdən keçirməyə dəvət edirik.

- Maldiv adaları "ağıllı şəhərlər" və şəhərsalma sahəsində rəqəmsal həllərin inkişafında Azərbaycanla əməkdaşlıq imkanlarını nəzərdən keçirirmi?

- Əlbəttə. Son illər ərzində ölkələrimizin liderləri arasında sosial-iqtisadi əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu bir neçə yüksək səviyyəli görüş keçirilib. Bu əlaqələr gələcək təşəbbüslər üçün möhkəm zəmin yaradır.

Biz Azərbaycanı strateji tərəfdaş hesab edirik, onun müasir infrastrukturun yaradılması, ərazilərin bərpası və şəhərlərin idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi sahəsindəki təcrübəsi bizim üçün son dərəcə faydalı ola bilər.

Xüsusilə Azərbaycanın azad edilmiş ərazilərin bərpası istiqamətində fəaliyyəti bizi heyran edir - bu, səmərəlilik, innovasiya və sosial komponentin bir araya gəldiyi şəhərsalmaya sistemli yanaşma nümunəsidir. Biz bu təcrübəni öz şəraitimizə uyğunlaşdırmaqla tətbiq etmək istərdik.

- Maldiv Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası və inkişafında iştirak etməkdə maraqlıdırmı?

- Maldiv məhdud maliyyə resurslarına malik kiçik bir ölkədir. Lakin mürəkkəb infrastruktur layihələrində uğur qazananlardan öyrənmək bizim üçün son dərəcə vacibdir.

Zəngin təbii sərvətlərə və tikinti sahəsində böyük təcrübəyə malik Azərbaycan bizim üçün belə bir nümunədir.

Biz azad edilmiş rayonların bərpası prosesini maraqla izləyirik və hesab edirik ki, bu, bizim üçün qiymətli təcrübə mənbəyidir. Bu təcrübənin öyrənilməsi təkcə yanaşmalarımızı təkmilləşdirməyə deyil, həm də investisiya və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açmağa imkan verəcək.

- Sizcə, Maldiv və Azərbaycan tikintidə və şəhərsalmanın inkişafında karbon izinin azaldılmasına birgə töhfə verə bilərmi?

- Maldivin karbon izinin miqdarı son dərəcə azdır, lakin başqa çağırışlarımız var: idxal edilən qalıq yanacaqdan yüksək asılılıq. Bu, bizi qiymət və təchizatdakı xarici dəyişkənliklərə qarşı həssas edir.

Azərbaycanın neft və qazdan asılılığı tədricən azaldaraq, fəal şəkildə bərpa olunan enerji mənbələrinin inkişafına doğru irəliləməsini müşahidə edirik. Bu təcrübə bizim üçün xüsusilə vacibdir.

Maldiv günəşli bir ölkədir, burada gündə təxminən on iki saat günəş işığı olur və günəşdən böyük həcmdə elektrik enerjisi istehsal edə bilərik. Hazırda belə layihələrin inkişafı üçün tərəfdaşlar və investorlar axtarırıq. Əminəm ki, Azərbaycanın özəl şirkətləri dayanıqlı enerji həllərinin irəlilədilməsində etibarlı müttəfiqlərimiz ola bilər.

- Bərpa olunan enerji sahəsində, xüsusilə tikinti sektorunda birgə layihələrin həyata keçirilməsi mümkündürmü?

- Əlbəttə, mümkündür. Maldiv günəş enerjisi sahəsində çox böyük potensiala malikdir. Biz günəş və külək enerjisi ilə qidalanan, yanacaqdan asılı olmayan şəhərlər arzulayırıq.

Torpaq ehtiyatlarımız məhdud olsa da, dənizimiz var və bu, üzən günəş elektrik stansiyalarının yaradılması üçün unikal imkanlar açır. Biz bu layihələrə beynəlxalq investisiyaları qəbul etməyə hazırıq. Bu, təkcə karbon izini azaltmağa kömək etməyəcək, həm də gələcək üçün etibarlı və dayanıqlı enerjini təmin edəcək.

- Azərbaycanın Xəzər sahilində kurort zonalarının inkişafı ilə bağlı təcrübəsini nəzərə alaraq, turizm sahəsində Maldiv adaları ilə birgə layihələr üçün potensial varmı?

- Əlbəttə. Maldiv elit turizmin ən cəlbedici mərkəzlərindən biri kimi tanınır, Azərbaycan isə Xəzər sahilində müasir kurort zonalarının yaradılmasında sürətli irəliləyiş nümayiş etdirir.

Ölkələrimiz bu sahədə bilik, texnologiya və idarəçilik həllərinin mübadiləsini apara bilər. İqlim və coğrafi fərqlərə baxmayaraq, biz həm dayanıqlı turizm sahəsində, həm də səyahətçinin rahatlığının təbiətə qayğı ilə birləşdiyi yeni istiqamətlərin inkişafında əməkdaşlıq üçün böyük potensial görürük.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri