Icma.az
close
up
RU
Nazir Məcnun Məmmədov FAO nun təşkilatçılığı ilə keçirilən nazirlərin yüksəksəviyyəli xüsusi tədbirində iştirak edib

Nazir Məcnun Məmmədov FAO nun təşkilatçılığı ilə keçirilən nazirlərin yüksəksəviyyəli xüsusi tədbirində iştirak edib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Roma, 29 iyun, AZƏRTAC

İtaliyada səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakı mənzil-qərargahında keçirilən “Həssaslıqdan Dayanıqlılığa — İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərdə (SIDS), Az İnkişaf Etmiş Ölkələrdə (LDC-lər) və Dənizə Çıxışı Olmayan İnkişaf etməkdə olan Ölkələrdə (LLDC-lər) ərzaq təhlükəsizliyinin və daha yaxşı həyatın gücləndirilməsi” mövzusunda nazirlərin yüksəksəviyyəli xüsusi tədbirində iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan FAO-nun Baş direktoru Qu Donqyu qlobal iqlim dəyişikliyi, iqtisadi qeyri-sabitlik səbəbindən inkişaf etməkdə olan ölkələrin qidaya olan ehtiyacının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında çətinliklərlə üzləşdiklərini bildirib. Baş direktor vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin aqroərzaq sistemlərinin həssaslıqdan dayanıqlılığa çevrilməsi uyğunlaşdırılmış həllər, texnoloji innovasiyalar və gücləndirilmiş tərəfdaşlıqları özündə əks etdirən çoxşaxəli yanaşma tələb edir.

Tədbirdə qlobal ərzaq təhlükəsizliyinə artan təhdidlər, xüsusilə iqlim dəyişikliyi, resurs çatışmazlığı, iqtisadi qeyri-sabitlik və qeyri-bərabər inkişafın yaratdığı çağırışlar fonunda dayanıqlı, inklüziv və transformativ aqroərzaq sistemlərinin qurulmasının zəruriliyi vurğulanıb. Tədbirdə çıxış edənlər bir-biri ilə əlaqəli və aktual problemlərin həllində kollektiv fəaliyyət və birgə səylərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Mütəxəssislərin fikrincə, ərzaq təhlükəsizliyinin təminatına yönəlmiş ən yaxşı təcrübələr və innovativ həllərin bölüşülməsi bu ölkələrdə inklüziv və dayanıqlı aqroərzaq sistemlərinin inkişafına əhəmiyyətli təkan verə bilər.

Tədbir “Kənd təsərrüfatı sistemlərində məhsuldarlığın və davamlılığın artırılması üçün texnologiya və innovasiyanın tətbiqi ilə potensialın müəyyənləşdirilməsi”, “Həssas dövlətlərdə qidalanma və inkişaf”, “Dayanıqlı aqroərzaq sistemləri üçün maliyyələşdirmə və tərəfdaşlıqlar” mövzularında panel sessiyalarla öz işini davam etdirib. Panel sessiyalarda iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, aqrar sahənin rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi məsələləri müzakirə olunub. Mütəxəssislər torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, su resurslarından səmərəli istifadə, müasir texnologiyaların tətbiqinə əsaslanmaqla iri taxılçılıq təsərrüfatlarının yaranması, məhsuldarlığın artırılması, buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, emal sənayesinin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 İyun 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see215

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri