Icma.az
close
up
RU
Nazir müavini: Azərbaycan təmiz enerjiyə keçiddə innovativ nüvə texnologiyalarına maraq göstərir

Nazir müavini: Azərbaycan təmiz enerjiyə keçiddə innovativ nüvə texnologiyalarına maraq göstərir

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində “Nüvə enerjisindən istifadənin 2050-ci ilədək üçqat artırılması üçün səylərin inkişaf etdirilməsi” adlı tədbirdə iştirak edib.

“APA-Economcs” xəbər verir ki, Samir Məmmədov çıxışında iqlim dəyişmələri üzrə diskussiyaların qlobal miqyasda əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini bildirib.

Nazir müavini Azərbaycanın bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmində olduğunu vurğulayıb. O, ölkəmizin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq, 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq planını iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə Azərbaycanın Paris Sazişi üzrə öhdəliklərinin məsuliyyətini anlamaqla təmiz enerji keçidinə sadiqliyini bildirərək bu aspektdə nüvə enerjisinə, xüsusilə kiçik modul reaktorlar (SMR) kimi innovativ nüvə texnologiyalarına maraq göstərdiyi qeyd olunub. Azərbaycan hökumətinin “Atoms4Netzero” təşəbbüsü çərçivəsində təmiz enerjiyə keçiddə nüvə enerjisinin, o cümlədən SMR-lərin potensial rolunun birgə təhlilini dəstəklədiyi vurğulanıb.

Samir Məmmədov çıxışının sonunda Azərbaycan hökuməti adından digər ölkələri təmiz enerjiyə sürətli keçid üçün qlobal əməkdaşlığı inkişaf etdirməyə qoşulmağa dəvət edib. Azərbaycanın bu istiqamətdə fəaliyyətə töhfə verən layihələr üzərində birgə işləməyə hazır olduğunu bildirib.

Tədbir Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Marianno Qrossinin iştirakı ilə panel iclası şəklində davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see267

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see243

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see209

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see207

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see160

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see148

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see137

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see129

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see127

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see125

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see124

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see124

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see123

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri