Nazir müavini: Qarabağ və Şərqi Zəngəzur öz elektrik enerjisi tələbatını tam ödəməklə yanaşı, digər bölgələrə də yaşıl enerji ötürür
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Xankəndi, 30 may, T.Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad olunan ərazilər yaşıl enerji zonası elan edilib. Qarabağ və Şərqi Zəngəzur öz elektrik enerjisi tələbatını tam ödəməklə yanaşı, artıq digər bölgələrə də yaşıl enerji ötürür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Xankəndidə jurnalistlərə açıqlamasında deyib.
E.Soltanov bildirib ki, hazırda Qarabağda elektrik enerjisinin istehlakı 40 MVt-dan az olsa da, istehsal 100 MVt-dan artıqdır. Bu rəqəmlərin dəfələrlə artması gözlənilir: “2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisi istehlakı 200 milyon kilovat/saatı keçib. Bu göstərici, təxminən, Naxçıvanın illik istehlakının 40 faizinə bərabərdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 30 May 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















