Nazir: Qafqaz və Mərkəzi Asiyanın iqtisadi kapitalizasiyası üçün yeni mərhələ başlayır
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
8 avqust tarixində Prezident Əliyev, Baş nazir Paşinyan və Prezident Tramp arasında əldə olunan tarixi razılaşmadan sonra – yəni Azərbaycan və Ermənistan arasında ilkin sülh sazişi və nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin yaradılması ilə bağlı sənəd imzalandıqdan sonra – bütün Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi kapitalizasiyası üçün yeni mərhələ başlayır.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bu regionda Azərbaycan təbii olaraq yalnız coğrafi deyil, eyni zamanda, cənab Baş nazir müavininin də qeyd etdiyi kimi, logistika, enerji və bir çox digər istiqamətlər baxımından mərkəzi qovşaqdır. Hesab edirəm ki, region və Azərbaycan üçün dəyər təklifini məhz bu kontekstdə nəzərdən keçirmək vacibdir”, - deyə nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 22 Sentyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















