NAZİR VURULAN MƏMURU ÇOX İŞSİZ QOYMADI İntiqam Babayev hansı istedadın sahibidir ki...
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
Mədəniyyət Nazirliyində maraqlı təyinat olub.
Mia.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmi ilə gənclər və idman nazirinin sabiq müavini İntiqam Babayev nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə müdir təyin olunub.
Xatırladaq ki, İntiqam Babayev 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1997–2001-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alıb.
O, 2000–2021-ci illərdə gənclər və idman nazirinin müavini olub. 2022–2023-cü illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparatının rəhbəri olub və aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.
İ.Babayev 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.
Qeyd edək ki, İntiqam Babayev bu yaxınlarda İçərişəhər dövlət qoruğundakı vəzifəsindən də çıxarılmışdı.
İndiyədək onun haqqında çoxsaylı ittihamlar var. Lakin görünə odur ki, himayəçisi güclü olan Babayev bu dəfə də özünə yer edə bilib. Ya da nazir Adil Kərimlı cəmiyyətin etimadını itirənləri ətrafına hansıa səbəblərdən yığmaqda maraqlıdır. görəsən, niyə?!
Ləman
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 01 May 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















