Icma.az
close
up
RU
Nazirin dediyi bahalı təhsil: Yaxşı kadr yetişdirəcəkmi?

Nazirin dediyi bahalı təhsil: Yaxşı kadr yetişdirəcəkmi?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“İnsanlar çox vaxt düşünürlər ki, az pul ödəməklə yüksək səviyyəli həkim hazırlamaq mümkündür. İl ərzində ali məktəbdə bir tələbənin həkim hazırlığına 8 min manat vəsait xərclənir. Mühəndislik və digər ixtisaslarda isə bu rəqəm 2500–3000 manat arasında dəyişir”. 

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, keyfiyyətli təhsil ucuz başa gələ bilməz: 

"Burada ən vacib məsələni düzgün anlamaq lazımdır: təhsilə qoyulan pul xərc deyil, investisiyadır. Nə qədər çox investisiya qoyularsa, bir o qədər də insan kapitalı və resursları inkişaf edəcək. Bizim yanaşmamız da bundan ibarətdir ki, insanların istedad səviyyəsi, hazırlıq dərəcəsi və bacarıqlarından asılı olmayaraq, onlara qoyulan investisiya artırılmalıdır". 

Qeyd edək ki, yeni tədris ilində bir sıra ali təhsil müəssisələrində ödənişlərin məbləği artırılıb. Belə təhsil müəssisələrindən biri də Azərbaycan Tibb Universitetidir. Belə ki, ötən il “Tibb” ixtisası üzrə ödəniş 4500 manat olub. Bu il isə 2000 manat artırılaraq 6500 manata yüksəlib. Həmçinin “Stomatologiya” ixtisasının da məbləği 2 min manat artırılaraq 6 min manata çatdırılıb. 

“Əczaçılıq”, “Fizioterapiya”, “İctimai səhiyyə” və “Tibb bacısı” ixtisasları üçün isə illik ödənişlər 5000 manat olub. Bakı Dövlət Universitetində bəzi ixtisaslarda ödəniş 2400 və 3200 manata, Azərbaycan Dövlət Pedaqoji Universitetində 2400 manata, Azərbaycan Dillər Universitetində 2500 manata, Bakı Slavyan Universitetində isə 2000 manata yüksəlib. Əgər ödəniş artdıqca, keyfiyyət artırsa, demək ki, indiyədək az vəsaitlə keyfiyyətsiz təhsil təmin olunub. 

Maraqlıdır, heç olmasa bundan sonra tədrisin keyfiyyətində dəyişiklik gözləməyə dəyərmi? Qiymət artımı olan universitetlərdə təhsil ona adekvat olacaq? 

Məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “Cebheinfo.az”-a bildirib ki, istər media nümayəndələri üçün təşkil olunan brifinqdə, istərsə də "2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev təhsilin çağdaş trendləri, inkişaf metodlarını əhatə edən çox vacib məsələlərə toxunub: 

“Mən arzu edərdim ki, bunlar sözdə qalmasın, daha da inkişaf eləsin. Biz bunun tətbiqini görək. Toxunulan məsələlərdən biri də təhsil və maddi tələbatdır. Bu, həm elmə, həm də təhsilə aiddir. Faydalı elm də, təhsil də çox ciddi maliyyəyə ehtiyac duyur. Mən nazirlə bu rakusrdan tam razıyam. Biz bəzən məsələyə ancaq bir aspektdən baxırıq. 

Burada söhbət keyfiyyətdən gedir. Hər bir detalda keyfiyyət axtarırıqsa, keyfiyyətin özünün də tələb meyarları olur. Bəli, ucuz vəsaitlə də təhsil qurmaq olar. Ucuz məbləğlə də məktəb yaradıb şagirdlər hazırlamaq olar. Keyfiyyəti nə müəyyənləşdirir? Dünyanın örnək nümunələrinə xitab eləməli, ən vacib məsələlərə toxunulmalıdır. 

Dünyanın təhsil trendlərindən olan IT, süni intellekt və təhsil əlaqəsindən kənarda qalmamalıyıq. Keyfiyyət artdıqca da maddi tələbat artır. Bu, həm ali təhsildə, həm də orta təhsildə belədir. Bu gün özəl liseylərin, məktəblərin təhsili niyə keyfiyyətlidir? Çünki onlar keyfiyyət üçün yüksək vəsait xərcləyirlər. 

Düzdür, bunların da əziyyətini çəkən uşaqlar olurlar. Ancaq keyfiyyət var. Mən demirəm ki, elə ucdantutma xərclənsin. Qənaət ayrıdır, yüksək keyfiyyətin tələblərinə cavab vemək ayrı. Dünyanın təhsil trendləri ilə ayaqlaşmaq istəyiriksə, məsrəfdən çəkinməməliyik”. 

O ki qaldı ən yüksək ödəniş olan tibb fakültəsinə, ekspertin sözlərinə görə, bu gün dünyanın ən bahalı ixtisası tibbdir: 

“Bununla yanaşı, texniki və tibbi təchizatla təminnat məsələləri var. Ən bahalı ədəbiyyat tibbi ədəbiyyatdır. Tibb təhsilinin yüksək tələb və prinsipləri var. Qonşu Türkiyədən başlamış, Avropa, Amerika universitetlərində tibb ixtisası öz maliyyə sərfiyyatına görə digər ixtisasları üstələyir. Başqa söhbətin mövzusudur ki, Azərbaycan Tibb Universitetində verilən təhsilin keyfiyyəti həqiqətən də təyin olunan 6500 manata uyğundur, yoxsa yox. 

Bu, başqa problemdir. Ancaq mən düşünürəm ki, “Tibb” və “Beynəlxalq münasibətlər” fakültəsinin təhsil haqqını eyni götürmək olmaz. O da doğrudur ki, tələb olunan illik vəsait təhsillə tam uyuşmalıdır. Mən spesifik sahə olduğu üçün ATU-da təhsilin keyfiyyəti ilə bağlı nəsə deyə bilmərəm. Hər bir halda tibbimiz də, tibbi kadrlarımız da ortadadır. ATU-da oxuyan hər 10 tələbədən 7-8-i mütləq təhsilini xaricdə davam etdirmək istəyir. Rezidentura oxumaq istəyənlərin çoxu xaricə üz tutur. 

Biz təhsil trendləri ilə ayaqlaşmaqdan ötrü təhsilin keyfiyyətinin maddi sərfiyyatdan asılı olduğunu da qeyd etməliyik. O başqa məsələdir ki, maddi vəsait müəyyən edildikdən sonra təhsilin keyfiyyəti olduğu kimi qalacaq, yoxsa yox. Bu artıq sonrakı mərhələ, öhdəlik, hüquqi və mənəvi məsuliyyətdir. 

Sual yaranır ki, təhsildə nə dəyişdi ki, bu qədər ödəniş artımı olub?  Məsələ o deyil ki, təhsildə bir inqilab olduqdan sonra  ödənişi artırmalıyıq, yox. Əslində pul ona görə artmalıdır ki, təhsil inkişaf etsin. Ancaq burada incə bir nöqtə var. Pul artımından sonra təhsil həqiqətənmi inkişaf edəcək? Bu, artıq növbəti mərhələnin böyük bir sualıdır”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az

Açar sözlər: Nazir təhsil Elmin Nuri

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri