Icma.az
close
up
RU
Nazirin qəribə fobiyası Həmkarı onu axmaq adlandırdı

Nazirin qəribə fobiyası Həmkarı onu axmaq adlandırdı

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

İsveçdə gender bərabərliyi naziri Paulina Brandberqin “banan fobiyası”nın komandasına çətin anlar yaşatdığı ortaya çıxıb. Brandberqin komandasının nazirin hər hansı bir otağa girmədən əvvəl bananların yoxlanmasını istədiklərinə dair yazışmalar ölkə mətbuatına sızıb. Çox sayda siyasətçi fobiya ilə mübarizə sahəsində Brandberqə dəstək bildirib.

News24.az xəbər verir  ki, İsveçdə nəşr olunan “Expressen” qəzetində dərc edilən hökumət yazışmalarına görə, Brandberqin komandası nazirin rəsmi səfərləri öncəsi electron məktub göndərərək, otaqda heç bir bananın olmamasını tələb edib. Bu, Brandberqin bananlara qarşı güclü allergiyası olması ilə izah edilib.

Buna əsasən, sentyabr ayında göndərilən bir yazışmada, İsveç parlamentinin sədri Andreas Norlenin ofisində keçiriləcək görüşdən əvvəl otaqda, yeməklərdə və şirniyyatlardakı “heç bir banan izi”nin olmaması xahiş edilib. Digər bir e-maildə isə Brandberqin bir tədbirdə iştirak edəcəyi otaqda heç bir bananın olmaması tələb edilib.

Liberal partiyasından olan nazir 2020-ci ildə banan qorxusu ilə bağlı açıqlama verib və bu vəziyyəti “dünyanın ən qəribə fobiyası” olaraq xarakterizə etmişdi. Yazışmaların dərc edilməsindən sonra “Expressen” qəzeti ilə danışan Brandberq bananlarla bağlı problemi olduğunu təsdiqləyib. Bananlara görə “bir növ allergiya” yaşadığını bildirən nazir bu mövzuda peşəkar yardım aldığını da əlavə edib.

Banan məsələsinin İsveçdə birdən ən çox danışılan mövzuya çevrilməsindən sonra Brandberqə siyasət dünyasından dəstək mesajları gəlməyə başlayıb.

İsveçin baş naziri Ulf Kristersson Brandberqin banan fobiyasının nazirlik fəaliyyətini mənfi təsir etmədiyini qeyd edib. “Fərqli fobiyaları olan insanlara hörmətim var. Çalışqan bir nazirin demək olar ki, yalnız bir fobiya ilə əlaqələndirilərək onu ələ salınmasından narahat oluram”, - deyə o bildirib.

Liberal Partiyasından təhsil naziri Yohan Pehrson isə medianın banan fobiyasına göstərdiyi marağın “axmaq” olduğunu söyləyib. 

Aynurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Noyabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri