Nazirlik tenderlərinin qalibi olan “Avto İnvest Aİ”ni məhkəməyə verdi
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
“Avto İnvest Aİ” MMC Müdafiə Nazirliyi tərəfindən məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər alqı-satqı müqaviləsi üzrə mübahisə yaşayır.
“Avto İnvest Aİ” MMC ilə bağlı işə 27 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Günay Həşimovanın sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Müdafiə Nazirliyinin məhkəməyə verdiyi “Avto İnvest Aİ” MMC 2023-cü ildə nazirliyin elan etdiyi 2,7 milyonluq tenderin qalibi olub. Həmin il nazirlik şirkətə “Azərbaycan Ordusunun hərbi hissələrinin avtomobilləri üçün müxtəlif markalı avtomobil şinlərinin satın alınması” tenderi üzrə 1 871 900, “Azərbaycan Ordusunun avtomobil texnikaları üçün ehtiyat hissələrinin satın alınması” tenderi üzrə isə 841 570 manat ödəmişdi.
Tərəfləri dinləməyə hazırıq.
Gülşən
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 31 Yanvar 2025 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















