Icma.az
close
up
RU
 “Nizami” stansiyasının tuneli ləğv edilir Mütəxəssis izah etdi

 “Nizami” stansiyasının tuneli ləğv edilir Mütəxəssis izah etdi

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Şəhər həyatında ən çox istifadə etdiyimiz, lakin əslində düzgün qurulmayan sistemlərdən biri də Bakı metrosundadır. Hər dəfə qırmızı xəttin "Həzi Aslanov" istiqamətindən gəlib yaşıl xəttin "Dərnəgül" istiqamətinə və ya əksinə hərəkət etmək ilk baxışdan rahat görünsə də əslində bu, düzgün qurulmayan bir sistemin fəsadıdır”.

Bu fikirlər inşaat-mühəndisi Azər Axundova məxsusdur. Son bir neçə gündə əsas müzakirə mövzularından biri metronun “28 May” və “Nizami” stansiyaları arasında keçidin bağlanacağıdır. Bununla bağlı yaranmış narazlıqlara cavabında A.Axundov “Sherg.az”a məsələni belə izah etdi: 

-  Bəzən düzgün qurulmayan bir sistemdən davamlı istifadə etdikdə buna öyrəşirik və bir müddət sonra bu sistemdən istifadə etmək bizə normal gəlir. Əslində isə, düzgün olmayan şey metroda xətlərin kəsişməsidir. Düzgün işləyən sistemdə hər bir xətt müstəqil olmalıdır və bir-biri ilə kəsişməməlidir. Artıq 50 ildən çoxdur ki, Bakı metrosunda bu problem var. Bu problemin mövcudluğu demək olar ki metro açılan illərdən bilinir. Problemin həlli üzərində ilk işlərin icrasına 80-ci illərdə başlanılıb və ilkin olaraq "Cəfər Cabbarlı" stansiyasının tikilməsinə qərar verilib. Lakin sovetin dağılması ilə bu işlər tam başa çatdırılmayıb. 1993-cü ildə 2 fərqli hissədən ibarət lan "Cəfər Cabbarlı" stansiyasının bir tərəfi açılıb. 2008-ci ildə isə digər tərəfi istifadəyə verilib. Çatışmayan 200 metrə yaxın tunelin tikintisi isə hər dəfə ertələnib. Ən son 2014-cü ildə xətlərin ayrılması prosesinə başlamağa cəhd olunub, lakin qısa müddət sonra bütün işlər yenidən dayanıb. 

Mütəxəssis qeyd etdi ki, bu gün Bakı metrosunda, xüsusilə də "28 May" stansiyasında olan sıxlığın ən böyük səbəbi məhz xətlərin kəsişməsidir: 

- Sərnişinlər eyni platformadan istifadə edərək iki fərqli istiqamətə gedir və bu da stansiyalarda sıxlığa səbəb olur. Eyni zamanda yaşıl xətdə normal intervalın təmin edilə bilməməsinin əsas səbəblərindən biri də metrodakı bu düyündür. Lakin metro, bu 50 illik problemin həllinə artıq çox yaxındır. 15 avqust tarixindən etibarən "28 May"-"Nizami" arası hərəkət əbədi olaraq dayanacaq. "28 May" stansiyasına çatmağa bir neçə metr qalmış, "Nizami" və "Sahil" stansiyalarına aparan 2 ayrı tunel bir neçə ay sonra tarix olacaq. “28 May”dan qatarlar yalnız üzü “İçərşəhər” istiqamətində “Sahil” stansiyasına aparan tunellə hərəkət edəcək. Xətlər ayrılandan sonra isə qatarlar "Xətai"-"Dərnəgül" və "İçərişəhər"-"Həzi Aslanov" arası müstəqil hərəkət edəcək. Xətlər arası keçid üçün sərnişinlər "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasındakı keçiddən istifadə edəcək. İlk aylarda bəlkə də "düzgün olmayana" öyrəşən sərnişinlərə bu proses narahat gələcək. Çünki Bakı metrosunda sərnişinlər heç düzgün keçid stansiyalarının da necə olduğunu görə bilməyiblər. İllərlə yeganə keçid olan hissədən sadəcə "Xətai" stansiyasına getmək mümkün olub və bundan çox az adam istifadə edib. Amma artıq düzgün olana öyrəşməyin vaxtıdır. "28 May" stansiyasına çatmağa bir neçə metr qalmış, "Nizami" və "Sahil" stansiyalarına aparan 2 ayrı tunel bir neçə ay sonra tarix olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Avqust 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri