Icma.az
close
up
RU
NDU ilə Türkiyə universitetləri arasında əməkdaşlıq protokolları yenilənib Fotolar

NDU ilə Türkiyə universitetləri arasında əməkdaşlıq protokolları yenilənib Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Sentyabrın 19-u Naxçıvan Dövlət Universitetində (NDU) Türkiyənin Çankırı Karatekin Universiteti (ÇKU) və Iğdır Universiteti ilə əməkdaşlıq görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə NDU-nun rektoru Elbrus İsayev, ÇKU-nun rektoru Mevlüt Karataş, Iğdır Universitetinin rektoru Ekrem Gürel və universitetlərin rəhbər şəxsləri iştirak ediblər.

Elbrus İsayev qonaqları salamlayıb və əməkdaşlıqdan məmnunluq ifadə edib. ÇKU və Iğdır universitetlərinə yeni rektor təyinatları münasibətilə təbriklərini çatdırıb. Rektor bildirib ki, müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsi olan NDU-nun dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələri var və ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyənin özünəməxsus yeri var. 20-dən artıq xarici ölkədən 2000 əcnəbi tələbə kontingentinə malik ölkə ali təhsil məktəbləri arasında ön sırada qərarlaşır. Azərbaycan dili ilə yanaşı tədrisi ingilis dilində olan ixtisaslar da daxil olmaqla, universitetdə dörd istiqamətdə 250-yə yaxın proqram üzrə kadrlar hazırlanır. IELTS Qeydiyyat və İmtahan mərkəzi, IBM Mərkəzi, Texnologiyalar Parkı və digər strukturlar, layihələr  əsasında beynəlxalq əməkdaşlıqlar gücləndirilir. Eləcə də NDU ilə ÇKU arasında əməkdaşlıq münasibətləri artan inkişaf dinamikası ilə davam edir və ikili diplom proqramı uğurla icra olunur. Həmçinin Iğdır Universiteti ilə mövcud şaxəli əməkdaşlıq çərçivəsində ortaq bir çox layihələr təşkil edilir.

Qonaqlar görüşü olduqca əhəmiyyətli və vacib əməkdaşlıq olaraq qiymətləndirib, universitetləri haqqında məlumat verib, birgə fəaliyyətin irəlidə daha uğurlu göstəricilərin əldə olunmasına yol açacağını əlavə ediblər. Çankırı Karatekin Universitetininin rektoru Mevlüt Karataş ölkədənkənar ilk rəsmi ziyarətinin NDU-ya olduğunu qeyd edərək elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsi, eləcə də duzla bağlı tədqiqatlar, ortaq araşdırmalar istiqamətində fikirlərini bölüşüb. Iğdır Universitetinin rektoru Ekrem Gürel təhsil və tədqiqata dair maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, irəlidə planlaşdırılan ortaq fəaliyyətlərə dair təkliflərini qeyd edib.

Ümumilikdə görüş çərçivəsində əməkdaşlıq protokolu və ikili diplom proqramının yenilənməsi, duzla bağlı tədqiqatlar müzakirə olunub. Bu il noyabr ayında NDU-da keçiriləcək “III Beynəlxalq Duz Araşdırmaları Konqresi” haqqında fikir müzakirəsi aparılıb. Eləcə də konqresə hazırlıq işlərinə dar ilkin məlumatlar qeyd olunub. Həmçinin hər üç universitetin birgə yaradacağı “Beynəlxalq Duz Araşdırmaları İnstitutu”nun fəaliyyəti ilə bağlı təkliflər dəyərləndirilib.

Sonra Naxçıvan Dövlət Universiteti ilə Çankırı Karatekin və Iğdır Universitetləri arasında əməkdaşlıq protokolları yenilənib. Universitetlər arasında müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması, ikili diplom layihələri yönündə əlaqələrin daha da inkişaf etdirilməsi nəzərdə tutulub. Mühazirələrin təşkili, o cümlədən onlayn formatda dərslərin keçirilməsi, seminar, konfrans və akademik toplantılarda qarşılıqlı iştirak, elmi nəşrlərin, tədris materiallarının və məlumatların mübadiləsi, qısamüddətli xüsusi təhsil proqramlarının həyata keçirilməsi istiqamətində əməkdaşlıq vurğulanıb. Beləliklə, tərəflər arasında imzalanan protokollar universitetlərin beynəlxalq əlaqələrinin genişlənməsinə, tələbə və müəllimlər üçün yeni imkanların açılmasına, eyni zamanda Türkiyə -Azərbaycan təhsil əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcək.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, rəsmi görüşdən sonra qonaqlar NDU-nun müxtəlif fakültə və mərkəzlərinin fəaliyyəti ilə tanış olub, universitetin tabeliyindəki Təbii Ehtiyatlar İnstitutuna, Bioresurslar İnstitutuna, Duzdağ Müalicə Mərkəzinə səfər ediblər.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri