Icma.az
close
up
RU
“Nə quyruğu var, nə buynuzu” Bakıda sürücülərdən pul “yığır”…

“Nə quyruğu var, nə buynuzu” Bakıda sürücülərdən pul “yığır”…

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda parkinq məsələsi hələ də həllini tapmayan problemlərdəndir. Xüsusilə bu sahədə yığılan pulların hara getdiyi müəmmalıdır. Əvvəllər avtomobillərin saxlanma yerlərində sürücülərdən qanunsuz ödəniş istənilirdi. Nəticədə külli miqdarda yeyintilərin olduğu bildirilirdi. Daha sonra “AzParkinq” istifadəyə verildi. Ödənişlər, əsasən, mobil tətbiq, SMS vasitəsilə edilir. Lakin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yeni parklama siyasətindən sonra da vəsaitlərin aqibəti sual altındadır.

Parkinqlərdə yığılan pullar hara gedir? AYNA bununla bağlı medianın sorğusuna cavab verməlidirmi?

Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, qurum birmənalı olaraq sualları cavablandırmağa borcludur:

“Təbii ki, dövlət sirrini vermək mümkün deyil, amma qalan məlumatlar cəmiyyətə şəffaf şəkildə açıqlanmalıdır. Azərbaycan Dövlət Neft Fondu aylıq hesabat verir, Mərkəzi Bank və digərləri rəsmi informasiyaları elan edir. AYNA-nın nə quyruğu var, nə də buynuzu… Hazırda parklanmadan yığılan pulların hara getməsinə gəldikdə, qanunvericilik oğurluğu minimuma salıb. Hamı elektron tətbiq üzərindən ödənişlər edir və proses şəffafdır. Bundan yayınma ehtimalı yoxdur. Lakin rəhbərlik istəsə, edə bilər. Buna baxmayaraq, indiki elektron sistemlərdə oğurluq rahat olmur. Güman edək ki, belədir, amma əminlik yoxdur”.

Xalid Kərimli

İqtisadçı bildirib ki, yığılan pullar AYNA-ya getsə də, miqdarı, hara xərcləndiyi barədə hesabat olmalıdır:

“Əgər müdirin maaşının artırılmasına gedirsə, onda əvvəlki sistem yaxşı idi. Yox, toplanan pullar səkinin, yolun bərpasına və sair məsələyə xərclənirsə, o zaman hesabat təqdim edilsin”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Mart 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri